• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

İdman

29-12-2022, 14:0

2022-ci il Azərbaycan boksu üçün uğurlu bir il kimi yadda qalacaq.

Football-plus.az xəbər verir ki, məlumatı federasiyanın rəsmi saytı yayıb. Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 77 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 15 beynəlxalq yarışda əldə ediblər. Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.

Avropa çempionatlarında 18 medal

Boksçularımız 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl mükafat qazanıblar.

Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.

Komandalarımız göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi), digərində 7-ci (yeniyetmələrin Avropa birinciliyi) olub.

İdmançılarımız Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçularımız isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəmizə medallarla qayıdıblar.

Olimpiya qızılına doğru

Ayrı-ayrı yığmalarımıza gəlincə, son 11 ayda kişi boksçulardan ibarət komandamız daha çox medal qazanıb. Milli iştirak etdiyi 4 beynəlxalq turnirdə 13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu nəticədir. 49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici qeydə alınıb. Deməli, çəki dərəcələrinin dəyişməsinə və azalmasına baxmayaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına böyük ümidlə baxa bilərik.

U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Məhz bu idmançılar da əsas komanda ilə birlikdə hazırlığını davam etdirirlər.

Qadın boksçularımız isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala yiyələniblər.

Gənc və yeniyetmələrdən ibarət komandalarımızdan uğurlu göstərici

Yeniyetmə idmançılarımızın hesabında 21 medal var. Azərbaycan boksunun sabahı hesab olunan komandamız iştirak etdiyi 5 beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb.

Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.

Gənc oğlan boksçularımızın hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.

Azərbaycan çempionatlarında yeni rekord

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 15 yarışda 161 boksçu ilə təmsil olunub. Boksçularımızdan 59-u Avropa çempionatlarında, 102-si beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. Onlardan da təxminən 48 faizi yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Son 11 ayda Azərbaycan çempionatlarına gəlincə, 6 belə yarış təşkil olunub. Gənclər və yeniyetmələrin turniri 2 dəfə keçirilib. Gənclərdə ilin əvvəlindəki yarışda 50 komandanın 176 boksçusu rinqə çıxmışdısa, dekabrda bu say kifayət qədər artıb – 56 komanda, 216 idmançı. Yeniyetmələrin birinciliyində öncə 63 komandanın 327 boksçusu gücünü yoxladığı halda, noyabrda 66 komandadan 326 idmançı mübarizə aparıb.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan, məktəbli oğlan və qızlar arasında keçirilmiş Azərbaycan birinciliyində isə rekord qeydə alınıb. İlk dəfə qız boksçuların da qatıldığı yarışda 70 komandanın 369 idmançısı rinqə çıxıb. Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri geridə qoyub. Xarici hakimlərin də ədaləti qoruduğu yarışda 38 komandanın 146 boksçusu döyüşüb.

Bu il yeniyetmə və gənc qızlar, həmçinin qadın idmançılar da uzun fasilədən sonra Azərbaycan çempionu titulu uğrunda yarışıblar. 50 boksçunun qatıldığı mübarizədə ölkənin ən güclüləri bəlli olub.

Maddi-texniki baza gücləndirilir

Federasiya 11 ay ərzində da bir sıra yeniliklərə də imza atıb. Veteranlar və Çempionlar, Məşqçilər və Hakimlər komitələri yaradılıb. Boks mütəxəssisləri müxtəlif bölgələrə səfər edərək, orada boksçun daha da populyarlaşması və kütləviləşməsi üçün lazımı tövsiyələrini veriblər. Həmçinin müxtəlif regionlarda hakimlər və məşqçilər üçün seminarlar təşkil olunub.

Bunlarla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi də prioritet məsələlərdəndir. Paytaxtda və bölgələrdəki zalların son vəziyyəti ilə tanış olan qurum rəsmiləri orada təminatın gücləndirilməsi üçün xüsusi plan hazırlayıb, mühüm addımlar atılması istiqamətində işlərə başlanılıb.

Sumqayıtda isə Boks Təlim Mərkəzi əsaslı təmir olunub, bu günlərdə bokssevərlərin ixtiyarına veriləcək. Əsas hədəf ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməklə yanaşı, boksun Azərbaycanda daha da kütləviləşməsi və populyarlaşmasıdı.

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Paylaş:
Digər xəbərlər

İdman

23-08-2022, 14:0

Boksçularımızın 6 aylıq statistikası

İdman

26-12-2022, 14:0

Azərbaycan karateçiləri 2022-ci ilin rəsmi yarışlarını 159 medalla başa vurdu

İdman

4-05-2022, 17:0

Nazir boksçularla görüşdü

İdman

27-04-2022, 13:0

Millimiz Ermənistanda keçiriləcək Avropa çempionatda iştirak etməyəcək - RƏSMİ

İdman

20-04-2022, 21:0

Boksçumuz Avropa birinciliyində medal qazandı

İdman

31-03-2022, 10:0

Nazir boksçuları qəbul etdi

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Daha çox
Oxunub: 580
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 191
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə