Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının Hesabat Konfransı keçirilib.
Football-plus.az xəbər verir ki, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.
Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra İdarə Heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib. Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə I vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.
Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.
Pankration, Qrappinq və MMA Federasiyasının Hesabat Konfransı keçirildi
İdman


