• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Altay Bayındır “Fənərbaxça”dan ayrılır?

Dünya futbolu

26-12-2022, 14:0

Həm Avropa arenasında, həm də daxili turnirlərdə yaxşı mövsüm keçirən “Fənərbaxça”da gözlənilməz problem ortaya çıxıb.

Football-plus.az xəbər verir ki, bu problem qapıçı Altay Bayındırla bağlıdı. 24 yaşlı istedadlı qapıçının klubla müqaviləsinin müddəti mövsümün sonunda, daha dəqiq desək, 2023-cü il iyunun 30-da başa çatacaq. İndiyə qədər belə güman olunurdu ki, tərəflər arasında danışıqlar prosesi zamanı ciddi fikir ayrılığı yaşanmayacaq. Yəni Bayındırın qısa müddət ərzində yeni müqaviləyə imza atacağı gözlənilirdi. Amma heç də belə olmayıb. Tərəflər heç cür yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir! Bunun iki əsas səbəbi var. Türkiyə yığmasına da müntəzəm dəvət alan Altayın hazırda “Fənər”də illik qazancı 5 milyon lirədi. O, bu məbləğin 5 dəfə artırılaraq 25 milyon lirəyə yüksəldilməsini tələb edir. “Fənər” rəhbərliyi 20 milyon lirədən yuxarı çıxmaq niyyətində deyil. Digər problem müqaviləyə salınacaq təzminat maddəsidi. Altay müqaviləyə “10 milyon avro qarşılığında sərbəst qala bilər” maddəsini saldırmaq istəyir. Rəhbərlik isə bununla razılaşmır. Bu işin nə ilə yekunlaşacağı bəlli deyil. Bilinən yalnız odu ki, Altayın yanvarın 1-dən etibarən istənilən klubla danışıqlar aparmaq hüququ olacaq!

Bu arada “İnter” rəsmilərinin də Altayın durumu ilə maraqlandıqları məlum olub. İtaliya klubu bu əlcək sahibinin meneceri ilə əlaqə saxlayıb. Bayındır yalnız bir şərtlə - əsas qapıçı statusunda olacağı təqdirdə İtaliyaya getməyə razılıq verib. “İnter”də bu statusda olan kamerunlu Andre Onana heç də pis təsir bağışlamır. 2-ci qapıçı Samir Handanoviçin müqavilə müddəti bitmək üzrə olduğundan “neradzurra”ya əsasən ehtiyat qapıçı lazımdı. “İnter” Altay Bayındırla yanaşı, braziliyalı Neto və isveçrəli Yan Zommerə də maraq göstərir. Xatırladaq ki, “Ankaragücü”nün yetirməsi olan Altay Bayındır bu klubdan 2019-un yayında 1,5 milyon avroya “Fənər”ə transfer olunub. “Sarı-lacivərdlilər”də həmişə yerli qapıçılar populyar olub. Rüştü Rəcbərlə Volkan Dəmirəlin adını çəkmək kifayətdi. Yaxşı fiziki göstəricilərə malik olan və artıq indidən klubda kapitanlardan biri olan Altayın da uzun illər “Fənər”də çıxış edəcəyi proqnozlaşdırılırdı. Amma göründüyü kimi, bu “izdivac” erkən başa çata bilər. Altay bu mövsüm 24 rəsmi oyunda forma geyib. Bunların 12-də qapısını toxunulmaz saxlayıb və 25 qol buraxıb. Yeri gəlmişkən, belində ağrılar olan və “Fənər”in son 4 yoxlama matçını buraxan Altay klomanda ilə birlikdə Trabzona yollanıb. Bu gün “Trabzonspor”a qarşı oyunda onun start heyətində meydana çıxacağı gözlənilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2022, 11:0

Altay Bayandır Niderland klubunun hədəfində

Dünya futbolu

4-08-2022, 16:0

''Fənərbaxça'' qapıçı transfer etdi

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Bu gün, 22:56
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 245
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 148
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə