• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi Qətərdən bir neçə mükafat apardı

DÇ 2026

25-12-2022, 23:0

Qəzetimizin çərşənbə axşamı sayında futbol üzrə dünya çempionatında bəzi nominasiyaların qaliblərinin adlarını nəzərinizə çatdırmışdıq.

Bu dəfə isə həm bütün nominasiyaları, həm də əvvəlki qaliblərin siyahısını təqdim edirik. Heç şübhəsiz, Qətər mundialının əsas ulduzu Luonel Messidi. Argentina yığmasının kapitanı dünya çempionu olmaqla yanaşı, başqa nominasiyalarda da seçildi.

Çempionatın ən yaxşı oyunçusu
Qızıl top – Lionel Messi (Argentina, 7 oyun, 7 qol)
Gümüş top – Kilian Mbappe (Fransa, 7 oyun, 8 qol)
Bürünc top – Luka Modriç (Xorvatiya, 7 oyun, 0 qol)
Dünya çempionatının ən yaxşısı üçün mükafata namizədlərin 10 nəfərlik siyahısını FİFA yarımfinallardan sonra açıqlayır. Kütləvi informasiya vasitələrinin nümayəndələri və FİFA-nın ekspert qrupunun üzvləri final oyununun sonuna qədər səsvermə yolu ilə ən yaxşını müəyyənləşdirir. Qalib “Qızıl top”la mükafatlandırılır. 2-3-cü yerləri tutan futbolçular isə, uyğun olaraq, “Gümüş top” və “Bürünc top” alırlar.
“Qızıl top”un əvvəlki qalibləri:
1982 – Paolo Rossi (İtaliya, 7 oyun, 6 qol)
1986 – Dieqo Maradona (Argentina, 7 oyun, 5 qol)
1990 – Salvatore Skillaçi (İtaliya, 7 oyun, 6 qol)
1994 – Romario (Braziliya, 7 oyun, 5 qol)
1998 – Ronaldo (Braziliya, 7 oyun, 4 qol)
2002 – Oliver Kan (Almaniya, 7 oyun, 3 buraxılan top)
2006 – Zinəddin Zidan (Fransa, 6 oyun, 3 qol)
2010 – Dieqo Forlan (Uruqvay, 7 oyun, 5 qol)
2014 – Lionel Messi (Argentina, 7 oyun, 4 qol)
2018 – Luka Modriç (Xorvatiya, 7 oyun, 2 qol)

Çempionatın bombardiri
Qızıl buts – Kilian Mbappe (Fransa, 7 oyun, 8 qol)
Gümüş buts – Lionel Messi (Argentina, 7 oyun, 7 qol)
Bürünc buts – Olivye Jiru (Fransa, 6 oyun, 4 qol)
DÇ-nin bombardirinə “Qızıl buts” təqdim olunur. İki və daha artıq futbolçu eyni sayda qol vurarsa, qalib əlavə meyar əsasında – məhsuldar ötürmələrin sayına görə müəyyənləşir. Bu göstərici də bərabər olarsa, futbolçunun meydanda keçirdiyi zaman kəsiyi nəzərə alınır – daha az oynayan üstünlük qazanır. DÇ-2022-də Olivye Jiru ilə yanaşı, Xulian Alvares də 4 top vurub. Ancaq bir oyun az keçirən fransalı “Bürünc buts”a layiq görüldü.
Əvvəlki mundialların bombardirləri:
1930 – Gilyermo Stabile (Argentina, 4 oyun, 8 qol)
1934 – Oldrjix Needlı (Çexoslovakiya, 4 oyun, 5 qol)
1938 – Leonidas (Braziliya, 4 oyun, 7 qol)
1950 – Ademir (Braziliya, 6 oyun, 9 qol)
1954 – Şandor Koçiş (Macarıstan, 5 oyun, 11 qol)
1958 – Jüst Fonten (Fransa, 6 oyun, 13 qol)
1962* – Florian Albert (Macarıstan, 3 oyun, 4 qol), Valentin İvanov (SSRİ, 4 oyun, 4 qol), Drajen Yerkoviç (Yuqoslaviya, 6 oyun, 4 qol), Lionel Sançes (Çili, 6 oyun, 4 qol), Vava (Braziliya, 6 oyun, 4 qol), Qarrinça (Braziliya, 6 oyun, 4 qol)
1966 – Eysebio (Portuqaliya, 6 oyun, 9 qol)
1970 – Herd Müller (AFR, 6 oyun, 10 qol)
1974 – Qjeqoj Lyato (Polşa, 7 oyun, 7 qol)
1978 – Mario Kempes (Argentina, 7 oyun, 6 qol)
1982 – Paolo Rossi (İtaliya, 7 oyun, 6 qol)
1986 – Hari Lineker (İngiltərə, 5 oyun, 6 qol)
1990 – Salvatore Skillaçi (İtaliya, 7 oyun, 6 qol)
1994** – Xristo Stoiçkov (Bolqarıstan, 7 oyun, 6 qol), Oleq Salenko (Rusiya, 3 oyun, 6 qol)
1998 – Davor Şuker (Xorvatiya, 7 oyun, 6 qol)
2002 – Ronaldo (Braziliya, 7 oyun, 8 qol)
2006 – Miroslav Kloze (Almaniya, 7 oyun, 5 qol)
2010*** – Tomas Müller (Almaniya, 6 oyun, 5 qol)
2014 – Xames Rodriges (Kolumbiya, 5 oyun, 6 qol)
2018 – Harri Keyn (İngiltərə, 6 oyun, 6 qol)
* - 6 futbolçu bombardir sayılıb.
** - mükafat 2 futbolçuya təqdim olunub.
*** - 2010-cu ildə David Vilya (İspaniya), Uesli Snayder (Niderland) və Dieqo Forlan (Uruqvay) da 5 qol vurub, ancaq mükafat daha çox məhsuldar ötürmə verən Müllerə çatıb.

Çempionatın ən yaxşı qapıçısı
Qızıl əlcək – Emiliano Martines (Argentina, 7 oyun, 8 buraxılan top, 3 “quru” oyun)
FİFA-nın ekspert qrupunun müəyyənləşdirdiyi dünya çempionatının ən yaxşı qapıçısı “Qızıl əlcək”lə mükafatlandırılır. Bu mükafat 2006-cı ilə qədər əfsanəvi Lev Yaşinin adını daşıyıb.
Mükafatın əvvəlki sahibləri:
1994 – Mişel Prüdomm (Belçika, 4 oyun, 4 buraxılan top, 2 “quru” oyun)
1998 – Fabyen Bartez (Fransa, 7 oyun, 2 buraxılan top, 5 “quru” oyun)
2002 – Oliver Kan (Almaniya, 7 oyun, 3 buraxılan top, 5 “quru” oyun)
2006 – Canluici Buffon (İtaliya, 7 oyun, 2 buraxılan top, 5 “quru” oyun)
2010 – İker Kasilyas (İspaniya, 7 oyun, 2 buraxılan top, 5 “quru” oyun)
2014 – Manuel Noyer (Almaniya, 7 oyun, 4 buraxılan top, 4 “quru” oyun)
2018 – Tibo Kurtua (Belçika, 7 oyun, 6 buraxılan top, 3 “quru” oyun)

Ən yaxşı gənc oyunçu
Entso Fernandes (Argentina, 21 yaş, 7 oyun, 1 qol)
Dünya çempionatının ən yaxşı gənc oyunçusu adına 31 dekabr 2000-ci ildən sonra anadan olanlar iddia edə bilərdi. Bu nominasiyada da qalibin adını FİFA-nın ekspert qrupunun üzvləri müəyyənləşdirir.
Əvvəlki qaliblər:
1958 – Pele (Braziliya, 17 yaş, 4 oyun, 6 qol)
1962 – Florian Albert (Macarıstan, 20 yaş, 3 oyun, 4 qol)
1966 – Frants Bekkenbauer (Almaniya, 20 yaş, 6 oyun, 4 qol)
1970 – Teofilo Kubilyas (Peru, 21 yaş, 4 oyun, 5 qol)
1974 – Vladislav Jmuda (Polşa, 20 yaş, 7 oyun, 0 qol)
1978 – Antonio Kabrini (İtaliya, 20 yaş, 7 oyun, 0 qol)
1982 – Manuel Amoro (Fransa, 21 yaş, 5 oyun, 0 qol)
1986 – Entso Şifo (Belçika, 20 yaş, 7 oyun, 2 qol)
1990 – Robert Prosineşçki (Yuqoslaviya, 21 yaş, 3 oyun, 1 qol)
1994 – Mark Overmars (Niderland, 20 yaş, 5 oyun, 0 qol)
1998 – Maykl Ouen (İngiltərə, 18 yaş, 4 oyun, 2 qol)
2002 – Lendon Donovan (ABŞ, 20 yaş, 5 oyun, 2 qol)
2006 – Lukaş Podolski (Almaniya, 21 yaş, 7 oyun, 3 qol)
2010 – Tomas Müller (Almaniya, 20 yaş, 6 oyun, 5 qol)
2014 – Pol Poqba (Fransa, 21 yaş, 5 oyun, 1 qol)
2018 – Kilian Mbappe (Fransa, 19 yaş, 7 oyun, 4 qol)

“Təmiz oyun” mükafatı
İngiltərə yığması (5 oyun, 1 sarı, 0 qırmızı vərəqə)
“Təmiz oyun” mükafatı “fair play” prinsiplərinə ən yaxşı şəkildə sadiq qalan komandalara təqdim olunur. Qrup mərhələsindən pley-offa adlayan bütün komandaların namizədliyi nəzərdən keçirilir.
Əvvəlki qaliblər:
1970 – Peru (4 oyun, 0 sarı, 0 qırmızı)
1974 – AFR (7 oyun, 3 sarı, 0 qırmızı)
1978 – Argentina (7 oyun, 5 sarı, 0 qırmızı)
1982 – Braziliya (5 oyun, 2 sarı, 0 qırmızı)
1986 – Braziliya (5 oyun, 3 sarı, 0 qırmızı)
1990 – İngiltərə (7 oyun, 6 sarı, 0 qırmızı)
1994 – Braziliya (7 oyun, 8 sarı, 1 qırmızı)
1998 – İngiltərə (5 oyun, 5 sarı, 1 qırmızı), Fransa (7 oyun, 12 sarı, 3 qırmızı)
2002 – Belçika (4 oyun, 6 sarı, 0 qırmızı)
2006 – Braziliya (5 oyun, 12 sarı, 0 qırmızı), İspaniya (5 oyun, 6 sarı, 0 qırmızı)
2010 – İspaniya (7 oyun, 8 sarı, 0 qırmızı)
2014 – Kolumbiya (5 oyun, 5 sarı, 0 qırmızı)
2018 – İspaniya (4 oyun, 2 sarı, 0 qırmızı)

Oyunun ən yaxşısı
Son dünya çempionatının gedişində 54 futbolçuya oyunun ən yaxşısı mükafatı təqdim olunub. Bu göstəricidə mütləq lider argentinalı Lionel Messidi – 5 dəfə. Kilian Mbappe (Fransa) 3, Yassin Bunu (Mərakeş), Dominik Livakoviç, Luka Modriç (hər ikisi Xorvatiya) və Kristian Pulişiç (ABŞ) 2 dəfə bu mükafatı alıb. Hərəyə 1 dəfə qalib olanlar: Vensan Abubakar, Devis Epassi (hər ikisi Kamerun), Məhəmməd Əl-Uvays (Səudiyyə Ərəbistanı), Qaret Beyl (Uels), Bruno Fernandeş, Qonsalo Ramuş, Kriştiano Ronaldo (hamısı Portuqaliya), Enner Valensiya (Ekvador), Federiko Valverde, Corcian de Arraskaeta (hər ikisi Uruqvay), Qavi, Alvaro Morata (hər ikisi İspaniya), Kodi Qakpo, Frenki de Yonq, Denzel Dyumfris, Devi Klassen (hamısı Niderland), Yoşko Qvardiol, Andrey Kramariç (hər ikisi Xorvatiya), Syuiti Honda, Ao Tanaka (hər ikisi Yaponiya), Antuan Qrizmann, Olivye Jiru (hər ikisi Fransa), Kevin de Bruyne (Belçika), Qranit Caka, Yann Zommer (hər ikisi İsveçrə), Bulaye Dia, Kalidu Kulibali (hər ikisi Seneqal), Mitçell Dyuk, Mettyu Leki (hər ikisi Avstraliya), Hakim Ziyeş, Əşrəf Hakimi (hər ikisi Mərakeş), Kazemiro, Neymar, Rişarlison (hamısı Braziliya), Harri Keyn, Markus Reşford, Bukayo Saka (hamısı İngiltərə), Məhəmməd Kudus (Qana), Aissa Layduni, Vəhbi Xəzri (hər ikisi Tunis), Robert Levandovski (Polşa), Aleksis Mak Allister (Argentina), Gilyermo Oçoa, Luis Çaves (hər ikisi Meksika), Keyşer Fuller (Kosta Rika), Kay Haverts (Almaniya), Xvan Xi Çxan (Koreya), Ruzbeh Çeşmi (İran).

Paylaş:
Digər xəbərlər

DÇ 2026

20-12-2022, 18:0

1994-dən bəri ilk dəfə

DÇ 2026 / Manşet

18-12-2022, 21:0

Argentina dünya çempionudu!

Dünya futbolu

22-12-2022, 15:0

BBC Messini ilin ən yaxşı idmançısı seçdi

DÇ 2026

20-12-2022, 21:0

Fransa 3-cü ola bilmədi

DÇ 2026

20-12-2022, 19:0

DÇ-də bu hədd aşıldı

Aktual
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Son xəbərlər
  • Bu gün, 18:52
    "Şəfa"dan yeni transfer
  • Bu gün, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Bu gün, 18:00
    Yenidən Fransada işləyəcək
  • Bu gün, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 16:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Bu gün, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Bu gün, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Bu gün, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə