• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azarkeşləri və mütəxəssisləri məyus edən ulduzlar... - ARAŞDIRMA

Aktual / Manşet

23-12-2022, 17:0

Yayda keçirilməyən ilk dünya çempionatı Argentina yığmasının zəfəri ilə başa çatdı.

Football-plus.az xəbər verir ki, bu komandanın hər futbolçusu, özəlliklə də Lionel Messi qəhrəman sayılmağa layiqdi. Amma son mundialda ümidləri doğrultmayan futbolçuların da sayı çox oldu. Bəs həmin futbolçular kimlərdi?

Manuel Noyer, Almaniya
Bu turnirdə bir çox qapıçıya ünvanlanası suallar var idi: məsələn, Kurtua, Mendi və Şmeyhel də ideal səviyyədə oynamadı, ancaq Noyer onlardan da pis təsir bağışladı. Almaniya yığmasının qapıçısı Yaponiya ilə Kosta Rikadan 4 qol buraxdı, hərçənd hər kəs ondan iki “quru” oyun gözləyirdi. Üstəlik bu epizodların hər birində Noyerin günahı var, Kosta Rikanın ilk qolu isə tam onun vicdanına yazılmalıdı. Manuel qrupdakı üç oyunda 5 top buraxdı. Onun çıxışı ilə bağlı neqativ effekti gücləndirən daha bir amil var – kapitan yığmanın iflasına görə həmişə günahkardı.

Yoakim Mele, Danimarka
Almanlarla yanaşı, danimarkalıları da hamı dünya çempionatının pley-offunda görürdü. “Atalanta”nın sürətli müdafiəçisi Yoakim Meledən isə AÇ-2020-dəki qədər parlaq şou gözləyirdilər. Onda futbolçu 2 qol vurmuş, 1 məhsuldar ötürmə vermiş, ümumiyyətlə, Avropanı fantastik dərəcədə faydalı oyunla heyran etmişdi. Bu dəfə isə boz-bulanıq Danimarka yığmasının fonunda heç nə ilə seçilmədi.

Yan Vertongen, Belçika
Belçika yığması tam halında DÇ-2022-nin ən böyük məyusluqlarından biridi. Ancaq 35 yaşlı Vertongen bu halda da ləngliyi və mövqe səhvləri ilə yadda qaldı. Şayiələrə inansaq, “Anderlext”in müdafiəçisi Mərakeş önündəki məğlubiyyətdən sonra yığmadakı oyundaşları ilə dava-dalaşa da girişib. Bu həqiqətdisə, onda Vertongenlə bağlı məyusluq bir qədər də artır – veteran komandanı sakitləşdirməli, paltardəyişmə otağında onsuz da dözülməz olan atmosferi bir qədər də pisləşdirməməlidi.

Joao Kanselo, Portuqaliya
Dünyanın ən yaxşı cinah müdafiəçilərindən biri formal şəkildə Portuqaliya yığması ilə 1/4 finala qədər irəliləyə bildi, ancaq heç pley-off başlamamış start heyətindəki yerini itirdi. Kanselo qrup mərhələsi boyunca solğun təsir bağışladı və “Mançester Siti”də rəqiblərə yaşatdığı təhlükənin heç ondabirini Qətərdə göstərmədi. Yığmanın digər cinah müdafiəçiləri – Dioqo Dalot və Rafael Gerreyro daha faydalıydılar və turnirdə məhsuldar hərəkətlərlə yadda qaldılar.

Qaret Beyl, Uels
Uels yığmasl İran, ABŞ və İngiltərənin olduğu qrupun aşkar autsayderi sayılmasa da, çox gücsüz göründü. Çətin ki, Beylin penaltidən vurduğu yeganə qolla qürur duymaq mümkün ola. Yığmanın kapitanı nadir hallarda rəqib qapısı önündə təhlükə yaradırdı, İngiltərə ilə oyunun fasiləsində isə çox tənbəl və faydasız oyunu üzündən haqlı şəkildə əvəzləndi.

Federiko Valverde, Uruqvay
Valverde dünya futbolunun gerçək ulduzudu, Çempionlar Liqasının mayda keçirilən finalında qol ötürməsi də vermişdi. “Transfermarkt” uruqvaylıya 100 milyon avro dəyər qoyub, ancaq Valverde Qətərdə bunun heç 10 faizinə layiq oyun göstərmədi. Ola bilsin, yığmada çox dərindən oynayır və ya Uruqvay yığmasındakı oyundaşları “Real”ın futbolçuları səviyyəsində deyil. İstənilən halda Valverdedən daha artığını gözləyirdilər, o isə Uruqvayı hətta asan qrupdan pley-offa çıxarmağı bacarmadı.

Tomas Müller, Almaniya
Almaniyanın hücum xətti dünya çempionatında müdafiə ilə müqayisədə daha yaxşı oynadı. Musiala, Sane, Haverts və ya Qnabrini “üzqarası” adlandırmaq çətindi, ancaq Müller faydalı hərəkətlərlə yadda qalmadı. O, üç oyunun hər birində start heyətində göründü, ancaq Yaponiya və İspaniya ilə oyunlarda rəqib qapısına bir zərbə də vurmadı. Almaniya qrupda qalıbsa, deməli, Müller rəqib futbolçuların diqqətini oyundaşlarından yayındırmaq rolunun da öhdəsindən gəlməyib.

Kevin de Bruyne, Belçika
“Mançester Siti”nin yarımmüdafiəçisi həmişəki kimi çalışqan idi, kobud səhvlərə yol vermədi, oyundaşları üçün təhlükəli vəziyyətlər yaratdı. Kevin Belçika yığmasının ən pis oyunçuları sırasında deyildi, ancaq biz pislərin yox, məyus edənlərin rəmzi komandasını qurmuşuq. Və burda De Bruynenin əleyhinə iki ciddi dəlil var: 0 qol, 0 məhsuldar ötürmə.

Darvin Nunyes, Uruqvay
“Liverpul”un forvardı bu payızı unutmaq istəyir. O, yeni klubuna çətin uyğunlaşır və DÇ-ni də boşa verdi. Kavani və Suares get-gedə qocalır, bu üzdən Uruqvayda məhz Nunyesə böyük ümidlər bəsləyirdilər. Ancaq Darvin üç qrup oyununun yalnız birində protokola xüsusi şəkildə düşdü – Qana ilə oyunun əvvəlində sarı vərəqə alanda.

Romelu Lukaku, Belçika
Belçika yığmasında hər şey yaxşı olsaydı, Lukaku qrup mərhələsində meydana çıxmayacaqdı. “İnter”in forvardı uzun müddət zədəsonrası bərpa dövrü keçdi və ehtiyat oyunçular skamyasından böyük narahatlıq hissi ilə oyundaşlarının qol yolunda necə əziyyət çəkdiyini görürdü. Roberto Martines onu Mərakeşlə oyunun sonunda meydana buraxdı, həmçinin Xovatiya ilə oyunun 2-ci hissəsində özünü göstərmək imkanı yaratdı. Ancaq Romelu 45 dəqiqə ərzində 4 qol vəziyyətini “yandırdı”, hərçənd Belçika yığmasının bir dəqiq zərbəyə ehtiyacı var idi. Sözsüz, o, formada deyildi, ancaq bunun elə bir önəmi yoxdu: hətta yarımcan Lukaku ilə bağlı tələblər adi forvardla müqayisədə daha yüksəkdi.

Kriştiano Ronaldo, Portuqaliya
Dünya çempionatının startı ərəfəsində qalmaqallı müsahibə verən Ronaldo demişdi ki, Portuqaliya yığması ilə titul qazanmaq niyyətindədi. Kriştiano ətrafındakı səs-küyün yığmaya necə təsir edəcəyini heç kim anlamırdı. İndi artıq belə nəticəyə gəlmək olar ki, çox pis təsir etdi. Ronaldo DÇ vaxtı da diqqəti özünə cəlb etmək yolunu tutdu, məsələn, Bruno Fernandeşin Uruqvayın qapısına vurduğu qolda topun saçına dəydiyini iddia etməklə. Kapitanın belə hərəkətlərinin yığmanın düşərgəsində yaxşı qarşılandığına inanmaq çətindi. Sırf idman baxımından da Ronaldo məyus etdi: Qana ilə ilk oyundakı penalti qolu onun üçün yeganə oldu, qrup mərhələsindən sonra isə haqlı yerə ehtiyat oyunçuya çevrildi. Çətin ki, portuqaliyalı ulduz DÇ-də çıxışının finişinin məhz belə olacağını təsəvvür edirdi...

Paylaş:
Digər xəbərlər

DÇ

1-12-2022, 23:0

Noyer rekorda imza atdı

DÇ

28-11-2022, 11:0

Noyer rekordu təkrarladı

DÇ

24-11-2022, 19:0

Noyer səhvləri izah etdi

DÇ

8-11-2022, 19:0

Noyer: “Almaniya dünya çempionu olsa...”

Dünya futbolu

11-12-2022, 16:0

Noyer qərarını verdi

Aktual
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
Son xəbərlər
  • Bu gün, 20:12
    Yuri Vernidub Qurban Qurbanovdan qisas ala biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 19:34
    "Neftçi" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:51
    Ferrara skudettonu əsas hədəf sayır - “Artıq dünyanın ən yaxşı oyunçularına malik deyilik”
  • Bu gün, 18:20
    “İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq - İCMAL
  • Bu gün, 17:59
    Məşqçilər üçün beynəlxalq seminar
  • Bu gün, 16:58
    Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
  • Bu gün, 16:27
    Binə stadionuna FİFA sertifikatı verildi
  • Bu gün, 15:56
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi
  • Bu gün, 15:25
    Prezident güləşçilərlə görüşdü, avropalılardan narazılıq etdi
  • Bu gün, 14:53
    "Daha güclü olacaq potensiala malikik” - Aqil Nəbiyev
  • Bu gün, 14:22
    Argentina klublarından 6 qələbə!
  • Bu gün, 13:51
    Son çempion ardıcıl 3-cü qələbəsini qazandı
  • Bu gün, 13:22
    266-cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi
  • Bu gün, 12:53
    “Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
  • Bu gün, 12:24
    Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
  • Bu gün, 11:55
    Millimiz Pakistana qalib gəldi
  • Bu gün, 11:26
    “Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
  • Bu gün, 10:57
    Miılimiz Belarusa uduzdu
  • Bu gün, 10:28
    “Neftçi” ilə “Qarabağ”ın itkiləri açıqlandı - kimlər oynamayacaq?
  • Bu gün, 09:59
    Nəriman ABŞ kubokunda 90 dəqiqə oynadı
  • Bu gün, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 181
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə