Manuel Noyer daha bir dəfə dünya çempionu olmaq istəyir.
Almaniya yığması ilə DÇ-2014-ün qalibi olan qapıçı qarşıdakı mundialla bağlı fikirlərini belə açıqlayıb:
“Qətərdə keçiriləcək dünya çempionatının karyeramda sonuncu olacağını düşünürəm. Amma vəziyyət dəyişə bilər. Turnirin gedişindən çox şey asılı olacaq. Almaniya dünya çempionu olsa, beynəlxalq karyeramı başa vurmaq haqda düşünəcəyəm. Qətəri çempion kimi tərk etmək istəyimizi gizlətmirik. Amma turnirdə çox güclü rəqiblərimizin olacağını da unutmuruq”.