Səid Mollayi Masters turnirinin gümüş medalını qazandı

21.12.2022 23:13 252
İdman
İsraildə keçirilən Masters turnirinin ikinci yarış gününün nəticələri bəlli olub.

-81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi ardıcıl olaraq ikinci turda Moldova təmsilçisi Mixail Latisevə, 1/4 finalda yaponiyalı cüdoçu Sotaro Fucivaraya, yarımfinalda belçikalı idmançı Matias Kasseyə qalib gəlib. Finalda onun rəqibi gürcüstanlı cüdoçu Tato Qriqalaşvili olub. Görüşün nəticəsində Səid Mollayi turnirin gümüş medalını əldə edib.