Qaşek ruslardan əl çəkmir

21.12.2022 15:37 281
İdman
Məşhur çexiyalı qapıçı Dominik Qaşek sosial şəbəkə hesabında MHL, ATP və WTA kimi qurumlara məktub yazdığını məlumat verib.

Düzdü, məktubun məzmununu açıqlamayıb:

“Bu gün MHL, WTA və ATP-yə yazdığım məktubu bitirdim. Onu qarşıdakı günlərdə ingilis dilinə çevirəcəm. Yalnız Qeri Bettmenə ünvanladığım martdakı məktubdan fərqli bu dəfə onu dərc də edəcəm”.


Football-plus.az xəbər verir ki, sentyabrın 26-da rusiyalı hokkeyçilərin Çexiyada keçirilən sərgi görüşlərində iştirak edəcəyi bəlli olanda Qaşek xəbərdarlıq etmişdi ki, ölkəsinin Xarici İşlər Nazirliyi bunun əleyhinədi. Ardından o, MHL-i rusları Çexiyaya gətirdiyinə görə də tənqid etdi. Amma rusiyalı hokkeyçilərdən Yevgeni Sveçnikovla (San-Xose) Yakov Trenin (Neşvill) oktyabrın 7-8-də Praqada keçirilən oyunlarda iştirak etdi.