Qaşek ruslara görə MHL rəhbərliyini tənqid etdi

13.10.2022 17:39 415
İdman
Dünyaca məşhur sabiq qapıçı Dominik Qaşek rusiyalı hokkeyçilər Çexiyada keçirilən sərgi görüşlərində iştirak etdiyinə görə MHL-i tənqid edib:

“Həftəsonu Praqada iki MHL oyunu keçirildi. Liqanın rəhbərliyi Çexiyanın Xarici İşlər Nazirliyinin rusiyalı oyunçuların bu görüşlərdə iştirakının mümkünsüzlüyü ilə bağlı mövqeyinə hörmət etmədi. MHL-in indiki rəhbərliyi istefaya gedənə və yeni rəhbərlik ölkəmizdən üzr istəyənə qədər Çexiyada MHL-i görmək istəyən yoxdu”.


Xatırladaq ki, sentyabrın 26-da rusiyalı hokkeyçilərin Çexiyada keçirilən sərgi görüşlərində iştirak edəcəyi bəlli olanda da Qaşek ölkəsinin xarici siyasət idarəsinin bunun əleyhinə olduğunu bildirmişdi. Oktyabrın 7-8-də Praqada MHL komandalarından “San-Xose” və “Neşvill”in iştirakı ilə iki belə oyun keçirildi.