• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona”nın akademiyasına seçilən futbolçu hazırda mühafizəçi işləyir

Manşet / Müsahibə

20-12-2022, 18:0

Kim deyirsə ki, Azərbaycanda istedadlı futbolçular yoxdu, yalan danışır.

Sadəcə, onları üzə çıxaran, sonrakı inkişafı üçün yol açan mexanizm yoxdu. Bu üzdən çoxlu istedadlı uşaq itib-batır. Lap elə tovuzlu Murad Hüseynov kimi. 2005-ci ildə futbola başlayan yeniyetmə qısa müddət sonra “Barselona”nın akademiyasına seçilir. Amma tale onun üzünə gülmür. İndi isə bu gənc paytaxtda mühafizəçi işləyir. Həyat tarixçəsini Muradın öz dilindən eşidək...

- Murad, lap əvvələ qayıdaq. Futbola necə və harda başladın?
- Bu idman növü sevirdim. Həddən artıq maraq göstərirdim. Bu səbəbdən də futbolçu olmaq qərarına gəldim. Allah valideynlərimə cansağlığı versin. Atamın dəstəyini зox hiss etdim. 2005-ci ildən Hikmət Nəsirov mənim karyeramda böyük rol oynadı. Allah ona rəhmət etsin. Hikmət müəllimin sayəsində futbola gəldim. Tovuzda məktəbə yazıldım. Beləliklə, futbolçu olmaq yolunda ilk addımlarımı atdım.

- Deyilənə görə, Tovuzda akademiyada çıxış edən zaman “Barselona”dan səni istəyiblər. Lakin atan keçidinə icazə verməyib. Həmin hekayəni səndən dinləmək maraqlı olar.
- Bəli! Doğrudu. “Barselona” akademiyasına seçimlər var idi.Tovuzdakı məşqçilərimə təşəkkür edirəm. Onların sayəsində bura sevilərək dəvət aldım. Məşqçilərim mənə düzgün hazırlıq keçməsəydilər, bunu bacarmazdım. Həmin vaxt “Barselona”dan gələn məşqçilər məni seçdilər. Onda yaşım az idi. Ailəm getməyimə icazə vermədi. Mən də onların fikrinə hörmətlə yanaşdım. Onda bu qərarı verdik. Xeyirlisi belə imiş...

- Səninlə birgə Budaq Nəsirov da “Barselona”ya seçilib. Necə futbolçu idi?
- Bəli, Budaq Nəsirov da mənimlə birgə seçilmişdi. Gələcək vəd edən futbolçu idi. O, yaxşı futbolçu olduğunu isbat etdi. Sonradan “Sportinq”ə transfer olundu. Həqiqətən də yaxşı oyuçu idi.

- Atan niyə səni buraxmadı? Akademiyadan əsas komandaya yüksələcəyinə inanmadı?
- Xeyr! Problem bu deyildi. Atam mənə güvənirdi. Sadəcə, uşaq idim. Buna görə ailəm icazə vermədi.

- Bu hadisədən sonra karyeranı necə davam etdirdin?
- Bu məqam futbolçu olmaq istəyimə mane olmadı. Sonradan Tovuzda çıxışıma davam etdim. “Turan Tovuz”, “Bakı”, “Zirə”, “Neftçi”, “Şüvəlan” kimi klublarda da çıxış etmişəm.

- Necə oldu ki, karyeranı bitirdin?
- 2020-ci ildə “Turan Tovuz”da karyeramı bitirdim. Həmin dövrdə 1-ci divizionda çempion olduq. Koronavirusa görə 2-ci dövrə keçirilmədi. Maddi imkansızlıqdan karyeramı bitirmək qərarına gəldim.

- Barselonaya getsəydin, həyatın necə olardı?
- Hamının xəyalıdı ki, “Barselona”nın akademiyasında oynasın. Bəli, bəlkə də həyatım başqa cür olardı. Hər işdə bir xeyir var.

- İndi nə işlə məşğulsan?
- Hazırda Bakıdayam. “Landau school”da mühafizəçi işləyirəm.

- Nə yaxşı məşqçi olmaq haqda düşünməmisən?
- Açığı, bu haqda düşünməmişəm. Mənim üçün futbolçu olmaq gözəl, möhtəşəm hiss idi. Yeniyetmələrə bir məsləhətim var: arzularınızın arxasınca getməyə çalışın.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Layihə

2-10-2022, 23:0

Vurğun Hüseynov: “Tovuz əsl futbol bölgəsidi” - LAYİHƏ

Dünya futbolu

9-07-2022, 12:0

17 yaşlı Yıldız ''Yuventus''a üstünlük verdi

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə