DÇ-2022-nin ən yaxşıları

19.12.2022 13:10 326
DÇ 2026 / Manşet
DÇ-2022 başa çatdı.

Football-plus.az xəbər verir ki, Argentina Qətərdə keçirilən mundialda çempion oldu.

Fransanın "L’Équipe" nəşri turnirin simvolik "11-liy"ini tərtib edib.

Qapıçı - Dominik Livakoviç (Xorvatiya);

Müdafiəçilər - Əşrəf Hakimi, Romen Saiss (Hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Markos Akunya (Argentina);

Yarımmüdafiəçilər - Enzo Fernandes (Argentina), Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya);

Hücümçular - Bukayo Saka (İngiltərə), Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa).