• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Akademiyaların əlaqələndiriciləri vacib məsələləri müzakirə edib

Premyer-liqa / Manşet

18-12-2022, 20:0

Bir neçə gün öncə premyer-liqa klublarının akademiya rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Klublar Komitəsinin təşəbbüsü ilə baş tutan tədbir “Qəbələ” tərəfindən təşkil olunub və klubun ofisində gerçəkləşib. Toplantıda akademiya nümayəndələri arasında müzakirələr olub, “Qəbələ”nin prezidenti və Klublar Komitəsinin sədri Fariz Nəcəfov görüşün əhəmiyyətini vurğulayıb.

Görəsən, iclasda konkret hansı məsələlər müzakirə predmeti olub? Buna aydınlıq gətirmək üçün görüşə qatılan üç klubun rəsmisiylə əlaqə saxladıq.

Zaur Həşimov (Zirə):

“İclas “Qəbələ”nin təşəbbüsü ilə keçirildi. Çox xoş təsir bağışladı. AFFA nümayəndələri də iştirak edirdi. Sırf uşaq futbolu, təxirə salınan oyunlar və başqa məsələlər müzakirə olundu. Xüsusi tapşırıqlar olmadı. Təkliflər isə klublar tərəfindən verildi. Məsələn, U-17 liqası 4 dövrədən ibarətdi. Təklif etdik ki, 3 dövrəyə endirilsin və bu qəbul olundu. Digər təkliflərimizə də normal reaksiya verildi. Bəzi oyunların keçirildiyi stadionlar var ki, vəziyyəti yaxşı deyil. Bu məsələni də AFFA nəzərə alacaq. Ümumilikdə çox xeyirli və yaxşı iclas idi”.


Nail Kərimov (Qəbələ):
“Öncədən iclasın gündəliyi müəyyən olunmuşdu. Elə buna əsasən də müzakirələr baş tutdu. Əsas məqamlardan biri aşağı yaş qrupları üzrə çempionatların təqvimi, formatı ilə bağlı idi. Klubların bəzi qeydləri, iradları var idi ki, bu da detallı müzakirə olundu. İclasda bütün klubların akademiyalarının əlaqələndiriciləri iştirak edirdi. AFFA-dan isə Cahangir Həsənzadə, Fərrux İsmayılov və Yusif Vəliyev var idi. Onlar da qeydlərini götürdülər. Bəzi məqamlarla razılaşdılar, bəziləri ilə razılaşmadılar. Bir neçə məsələ iclasda həllini tapdı. Bəziləri isə Klublar Komitəsinə təqdim olunmaq üçün hazırlanır. Yəqin bu da qurumun növbəti iclasında müzakirəyə çıxarılacaq. Digər məsələlər isə milli komandaların toplanışı, məşq qrafiklərindəki çətinliklərlə bağlı idi. Bu da iclasda qabardıldı. Kadr problemləri, infrastruktur, müqavilə sistemi və başqa məslələrə də yer verildi. Amma bunlar növbəti iclasa qaldı. Bunun da səbəbi odu ki, çoxdan belə görüş baş tutmurdu və deyiləcək söz çox idi. Ona görə də bu dəfə ilkin vacib məsələlərlə bağlı müzakirə getdi. Çox xeyirli iclas oldu. Ümid edirik ki, belə toplantılar davamlı olacaq. İclasdan öncə də Fariz müəllim iştirakçıları salamladı və qeyd etdi ki, ən vacib iclas bu, uşaq futbolu ilə bağlı olandı. Çünki futbolumuzun ən yaralı yeri sayılan uşaq futbolu müzakirə olunur. İştirakçılara hansısa tapşırıq verilmədi. Müzakirə olunan məsələlər bütün nümayəndələrə məlum oldu. Hər kəs öz qeydlərini də götürdü ki, növbəti iclasda daha rahat, səliqəli müzakirələr baş tutsun. Növbəti toplantının tarixi hələ məlum deyil. Yəqin Klublar Komitəsinin iclasından sonra baş tutacaq”.


Hakan Sünal (Sumqayıt):
“Çox yaxşı iclas oldu. Mən bunun ildə bir neçə dəfə təşkil edilməsinin tərəfdarıyam. Vacib, maraqlı müzakirələr baş tutdu. Azərbaycan futbolunun infrastrukturu, oyunları müzakirə olundu. “Sumqayıt”ın xüsusi təklifi, istəyi olmadı. Amma başqa klubların bəzi təklifləri var idi. Təbii ki, bu təkliflər və iradlar da əsasən infrastrukturla bağlı idi. Oyunların keçirildiyi meydanların vəziyyəti heç də yaxşı deyil. Yarışların formatının müəyyən qədər dəyişdirilməsi barədə də müzakirə getdi. Bir sıra yaxşı fikirlər var idi. Əminəm ki, bu təkliflər həyata keçirilsə, Azərbaycan futbolu sürətlə inkişaf edəcək. Bu son iclas deyil, yenə bir araya gələcəyik. Bizə növbəti iclasa qədər transfer məsələlərində diqqətli olmaq məsləhət görüldü. Növbəti iclasda da bu məsələlər müzakirə olunacaq".


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

31-08-2022, 15:0

Klublar Komitəsinin sədri bu klubun prezidenti oldu

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Ölkə futbolu

11-11-2022, 12:0

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə