AFFA prezidenti Qətərdə

15.12.2022 10:57 325
Ölkə futbolu
AFFA prezidenti Rövnəq Abdullayev Qətərə gedib.

Football-plus.az xəbər verir ki, o, DÇ-2022-nin yarımfinalında keçirilən Fransa - Mərakeş matçını stadiondan izləyib. Görüşü izləyənlər arasında FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov da olub.

Qeyd edək ki, Fransa Mərakeşə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.