Messi PSJ-də qalacaq?

24.10.2022 22:52 461
Dünya futbolu
Lionel Messi daha bir neçə il PSJ-də qala bilər.

Football-plus.az xəbər verir ki, parislilər 35 yaşlı hücumçunu komandada saxlamaq üçün işə başlayıblar. Argentinalıya 2025-ci ilə qədər uzadılması variantı ilə 2024-cü ilə qədər müqavilə təklif olunub. PSJ potensial sözləşmənin maliyyə tərəfi üzərində işləyir.

Qeyd olunur ki, Messi müqavilənin uzadılmasının əleyhinə deyil.