Görüşə maraq olduqca çoxdu. Azərbaycanda da matçı həyacanla gözləyənlər var. Onlardan biri "Qəbələ"nin müdafiəçisi Ruan Renatodu.
28 yaşlı futbolçu ölkəsinin Xorvatiya ilə oyunu və DÇ-2022-dəki çıxışını "Football-plus.az"a açıqlamasında belə şərh etdi:
"Braziliya turnirin əsas favoritidi. Onların heyətində hər oyunun taleyini dəyişə biləcək futbolçular var. Düşünürəm ki, bu günkü qarşılaşmada komandamız qələbə qazanacaq. Bu nəticə ilə yolumuza davam edərək çempion olacağıq. Mən buna inanıram".


