Premyer-liqanın 16-cı turunda "Qəbələ"yə qarşı səfər matçında "Səbail"in heyətində meydana sonradan çıxan Ruslan Hacıyev cəmi 8 dəqiqə oynadı.
Football-plus.az xəbər verir ki, "7 nömrə" zədələnərək əvəzləndi. Onun qarşılaşma və zədəsiylə bağlı fikrini öyrəndik:
"Oyuna yaxşı başlamışdıq. İlk dəqiqələrdən də qol vurmağı bacardıq və hesabda önə keçdik. Təəssüf ki, bəzi haqsızlıqlara görə səfərdən xalsız ayrıldıq. Amma həmin matçı unudub qarşıdakı oyunlar haqda düşünmək lazımdı. Meydana sonradan çıxıb əvəzlənməyimə gəlincə, əzələmdə ağrılar yenidən baş qaldırdı. Bir müddət idi bu zədə ilə bağlı müalicə alırdım. Əfsuslar olsun ki, son oyunda yenidən büruzə verdi. Çox istəyirdim ki, komandama kömək edim. Amma alınmadı. Çox güman, dövrəni vaxtından əvvəl bitirdim".