Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Football-plus.az xəbər verir ki, premyer-liqanın 16-cı turunun “Neftçi” – “Qarabağ” oyununda flaqmanın azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə klub klubu 4000 manat cərimə edilib (maddə 41.7.);
"Köhlən atlar"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə Ağdam təmsilçisi 800 manat cərimə edilib. (maddə 51.2.).
Qeyd edək ki, "Qarabağ" səfərdə 4:0 hesablı qələbə qazanıb.