2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

9.12.2022 10:58 387
Yığma
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri oyunların tarixləri açıqlanıb.

Football-plus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb. U-17 mübarizəyə 2023-cü il oktyabrın 21-də başlayacaq.

U-19-un ilk matçı noyabrın 15-də gerçəkləşəcək.

U-17-nin oyunlarının təqvimi:

21 oktyabr

Sloveniya – Azərbaycan

24 oktyabr

Serbiya – Azərbaycan

27 oktyabr

Lüksemburq – Azərbaycan


U-19-un oyunlarının təqvimi:

15 noyabr

Bosniya və Herseqovina – Azərbaycan

18 noyabr

Niderland – Azərbaycan

21 noyabr

Azərbaycan – Lüksemburq