• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Manşet / Yazarlar

8-12-2022, 16:0

Artıq xəbər verdiyimiz kimi, “Mançester Yunayted”lə Kriştiano Ronaldo arasındakı müqavilə ləğv olunub.

Portuqaliyalı ulduzun Pirs Morqana verdiyi, böyük əks-səda doğuran və ifşa xarakteri daşıyan müsahibədən sonra klubla aradakı bütün körpülər yandırıldığından, belə xəbər heç kimi təəccübləndirmədi. Karyerasında ilk dəfə azad agentə çevrilən Ronaldo 38 yaşının tamamına iki ay qalmış da təklif dənizində üzür. Təbii ki, o, indi yalnız titul kolleksiyasında çatışmayan dünya çempionluğunu qazanmağa köklənib. Bununla belə, artıq ilk və çox cəlbedici təkliflər var. Səudiyyə Ərəbistanından gələn təklif hər kəsi şoka salıb. “Marca” hətta Ronaldonun bu ölkənin “Əl-Nəsr” klubu ilə müqavilə bağlamağa yaxın olduğunu iddia edir. 2,5 illiyyə nəzərdə tutulan müqavilənin ən cəlbedici məqamı pulla bağlıdı. Elə həmin qaynağın iddiasına görə, Kriştiano Səudiyyə Ərəbistanında maaş və reklam müqavilələri qarışıq ildə 200 milyon avro qazanacaq. Söz yox, başgicəlləndirici məbləğdi, həm də futbol tarixinin rekordudu. Belə təklifi nəinki Avropada, heç Ronaldonun tez-tez “göndərildiyi” ABŞ-da da heç kim təkrarlaya bilməz. Müqavilə məbləğinə görə “Əl-Nəsr” ilə yalnız bir klub – Səudiyyə Ərəbistanının indiki çempionu “Əl-Hilal” rəqabət apara bilər. Bu xəbər həqiqətə bənzəyir, ona görə ki, hələ yayda Yaxın Şərqdən Ronaldo ilə təmasa can atanlar var idi. Elə həmin qalmaqallı müsahibədə Morqanın suallarından biri də belə idi:

- Səudiyyə Ərəbistanından nəhəng təklif aldığınızı eşitmişəm – iki mövsümə görə 350 milyon avro. Gerçəkdi?
- Bəli, gerçəkdi.

- Və siz o təklifi geri çevirmisiz?
- Həmin məqamda geri çevirdim.

Həmin 350 milyon avroya hər şey daxil idi: agentlərə veriləcək komissiya haqqı, MY-yə kompensasiya, imza parası. Bu üzdən iddia etmək olmaz ki, Ronaldo yarım il ərzində ciddi şəkildə ucuzlaşıb və indi ona yalnız 200 milyon təklif edirlər. Əslində çox şey dəyişməyib: ərəblər yayda Kriştianoya görə iki il üçün 500 milyon maaş təklif edirdisə, indi həmin məbləği 2,5 ilə ala bilər. Ronaldo bir neçə il ərzində dünyanın ən yüksəködənişli futbolçusu olub. “Forbes” jurnalı onun 2014-17-ci illər aralığındakı liderliyini tanıyır – “Real”dakı orta illik maaşı 60 milyon dollar təşkil edirdi. “Yuventus”a keçəndən sonra aylıq maaşı bir qədər artdı, ancaq dünyada Messidən sonra – ikinci oldu. “Forbes” ötən il yenidən Kriştianonu illik gəlirə görə birinci pilləyə qoydu – 125 milyon dollar (təkcə MY-dəki maaşı 70 milyon idi). “Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilməyəndən sonra onun və qalan futbolçuların maaşından 25 faiz kəsildi. “Forbes”in sentyabr reytinqi artıq Kriştianonun 53 milyon dollar əməkhaqqı ilə 3-cü pilləyə düşdüyünü göstərir. Dünyanın ən ödənişli futbolçusu isə PSJ ilə müqaviləni yeniləyəndən sonra artıq Kilian Mbappedi – 128 milyon dollar (110 milyonu maaşdı). Ronaldo “Əl-Nəsr” ilə müqavilə bağlayarsa, təbii ki, Mbappeni arxada qoyacaq. Müqavilənin nüanslarına, bonuslara və vergi ödənişlərinə görə bunu yüzdəyüz dəqiqliklə demək çətindi. Ancaq məbləğlər ən azı bir-birinə uyğun gələcək və bu, Kriştiano üçün karyerasının ən yüksək maaşı olacaq. Mümkün transferin Səudiyyə Ərəbistanı futboluna marağı artıracağı şübhə doğurmur, bu üzdən potenisal işəgötürənin motivasiyası aydındı. Ancaq bu müqavilə Ronaldoya idman baxımından nə verəcək? “Əl-Nəsr” hətta ölkəsinin də ən güclüsü deyil, Ər-Riyad klubu hazırda çempionatda 2-ci yeri tutur. Düzdü, Avropada tanınan bir çox futbolçu – kolumbiyalı David Ospina, kamerunlu Vensan Abubakar, braziliyalı Luis Qustavo hazırda bu komandanın formasını geyir. Ancaq məgər bu səviyyədimi?

Aydın məsələdi ki, Səudiyyə Ərəbistanına yollanmaq Ronaldo üçün ciddi Avropa karyerasının bitməsinin etirafı və sakitcə pul qazanmaq imkanıdı. O, bu müqaviləyə imza atsa və müddətin sonuna qədər ərəblər üçün çalışsa, yəqin karyerasını da elə orda bitirəcək. Müqavilə müddətinin sonunda Kriştianonun artıq 40 yaşı olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-11-2022, 15:0

Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındı

Dünya futbolu

14-07-2022, 22:0

Səudiyyə Ərəbistanından Ronaldo üçün fantastik təklif

Dünya futbolu / Manşet

1-12-2022, 17:0

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Dünya futbolu

5-12-2022, 16:0

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Dünya futbolu

28-06-2022, 16:0

"İnter" Ronaldonun təklifini rədd etdi

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Aktual
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
Son xəbərlər
  • Bu gün, 16:31
    "Karvan-Yevlax" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Bu gün, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Bu gün, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Bu gün, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Bu gün, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Bu gün, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Bu gün, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Bu gün, 11:23
    Flik niyə tələsmir?
  • Bu gün, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Bu gün, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Bu gün, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
Daha çox
Oxunub: 238
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 201
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 168
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 144
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 135
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə