Mərakeş DÇ-2022-nin 1/8 finalında penaltilər seriyasında İspaniyanı məğlub edərək növbəti mərhələyə yüksəlib.
Football-plus.az xəbər verir ki, afrikalıların qolkiperi Yassin Bunu qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
"120 dəqiqə inanılmaz oynadıq. Möhtəşəm iş gördük. Bütün diqqətimiz oyunda idi və səhvsiz çıxış etdik. İspaniya kimi topla belə möhtəşəm oynayan komandaya qarşı mübarizə aparmaq çətin oldu.
Penaltilərə gəlincə, bunun bir qismi bəxt, bir qismi də ehtimallara görədi. Əlimdən gələni etdim. Növbəti oyunda da eynisini təkrarlamaq üçün çalışacağıq".