Pol Corcun 7 oyunluq həsrəti bitdi

6.12.2022 09:37 336
İdman
"Klippers"in ulduz hücumçusu Pol Corc 7 oyunluq fasilədən sonra meydanlara geri döndü.

Football-plus.az xəbər verir ki, dünən "Hornets"ə qarşı keçirilən görüşdə iştirak edən basketbolçu komandanın hesabına 17 xal yazdırıb. O, 3 ribaund və 7 məhsuldar ötürmə ilə diqqət çəkdi. Maraq üçün qeyd edək ki, görüş "Klippers"in 119:117 hesablı qələbəsi ilə başa çatdı.

Qeyd edək ki, "Şarlott"la görüşdə Kavay Lenard və Lyuk Kennard da zədəsini sağaldaraq meydanlara geri dönmüşdü.