"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

5.12.2022 23:55 2 573
Premyer-liqa / Manşet
Amin Seydiyevin "Sabah"dan ayrılacağı ilə bağlı məlumat yayılıb.

Football-plus.az xəbər verir ki, bu barədə "instaqram" səhifələrindən biri paylaşım edib. İnformasiyada millimizin üzvü ilə TFF 1-ci liqa təmsilçilərindən biri və adı açıqlanmayan premyer-liqa klubu yaxından maraqlandığı bildirilib. Məsələ ilə bağlı futbolçunun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq. Agent yayılan xəbəri təkzib etdi:

"Boş şeylərdi. Aminin "Sabah"la müqaviləsi var. İnformasiya həqiqəti əks etdirmir. Meneceri olaraq heç kimlə danışıq aparmıram".

İLKİN SULTANLI