Görəsən, Ağdam təmsilçisi fanatlarının durumu ilə maraqlanıb? "Köhlən atlar"ın rəhbərliyi azarkeşlərinin cəza almamasına çalışıb? Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin Gündüz Abbaszadəyə müraciət etdik. Ağdam təmsilçisinin rəsmisi suallarımızı belə cavabladı:
"Azərbaycan Respublikasının qanunları alidi. Onlara riayət etmək borcumuzdu. Məsələdən xəbərdarıq. Hadisəni nəzarətdə saxlayırıq. Polis bölməsinə aparılanların sayı çox olub. Yenə deyirəm, qanunlara tabe olmaq borcumuzdu, amma klub olaraq məsələni diqqətimizdə saxlayırıq".
İLKİN SULTANLI



