"Sosial mediada "Qarabağ"ın əmtəə nişanından istifadə edərək gəlir əldə edirlər"

12.11.2022 16:36 610
Aktual / Manşet
“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.

Football-plus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Görəsən, Ağdam təmsilçisi hansı səbəbdən polisə müraciət edib? Ağdam təmsilçisinin əmtəə nişanlarından kimlər istifadə edib? Suallara cavab tapmaq üçün klubun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Sosial mediada "Qarabağ"ın əmtəə nişanından istifadə edərək gəlir əldə edirlər. "Qarabağ"ın formasını, müxtəlif atributlarını satırlar. Bu da qayda-qanunlara ziddi. Klub olaraq belə halların qarşısının alınması üçün klub olaraq polisə müraciət etdik".


İLKİN SULTANLI