“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

3.12.2022 23:40 275
İdman
“Ulyams”ın pilotu Aleks Albon xeyriyyə hərracı keçirib.

Football-plus.az xəbər verir ki, tailandlı idmançı Sinqapur “Qran-pri”sində istifadə etdiyi dəbilqəni satıb. Albon ölkəsindənki bir uşaq evi üçün ümumilikdə 84 min 75 funt sterlinq toplayıb. Vəsait 2000-dən çox uşağın istifadə etdiyi idman zalının və digər infrastrukturun təmirinə sərf olunacaq.

Məsələ ilə bağlı pilot bunları söyləyib:

“Mən bu il həmin uşaq evinə baş çəkdim və bacardığım qədər kömək etməyə qərarlı idim. Sadəcə, təəccüblənirəm ki, uşaq evinin binasını yaxşılaşdırmaq üçün bu qədər pul yığmışıq. Pərəstişkarlarıma və xüsusən də dəbilqəmi qazanan çox səxavətli müştəriyə böyük təşəkkürümü bildirirəm”.