“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı

21.09.2026 14:21 45
Ölkə futbolu
“Zirə”nin üç legioneri – Anje Mutsinzi, İssa Cibrila və Quima milli komandalarına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, Anje Mutsinzi Ruanda, İssa Cibrila Niger, Guima isə Mozambik yığmasının heyətinə çağırılıb.

Mutsinzinin formasını geydiyi Ruanda sentyabrın 25-də Afrika Millətlər Kubokunun 2027-ci il seçmə mərhələsində Liberiyanı qəbul edəcək. Yığma sentyabrın 29-da isə səfərdə Kabo-Verde ilə qarşılaşacaq.

İssa Cibrilanın çıxış etdiyi Nigeriya millisi sentyabrın 25-də Lesotunu qəbul edəcək. Komanda sentyabrın 29-da isə səfərdə Qabonla üz-üzə gələcək.

Quimanın formasını geydiyi Mozambik sentyabrın 25-də səfərdə Seneqalla qarşılaşacaq. Komanda sentyabrın 29-da isə Sudanı qəbul edəcək.