Albon Sinqapurda yarışacaq?

21.09.2022 13:29
İdman
Appendisit əməliyyatından sonrakı pisləşməyə görə Montsa mərhələsini buraxan Alelsandr Albon sağlıq durumu ilə bağlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, “Uilyams”ın pilotu “tvitter” hesabında bunları yazıb:

“Özümü yetərincə yaxşı hiss edirəm. Kiçik problem yaranmışdı, ancaq həkimlər böyük iş gördü. Onlara hədsiz minnətdaram. Hədəfim Sinqapur mərhələsinə hazırlaşmaqdı ki, bu da asan olmayacaq. Axı Sinqapur təqvimdəki ən çətin mərhələlərdən biridi”.


Xatırladaq ki, əməliyyatdan sonra Albonda gözlənilmədən nəfəs çatışmazlığı yaranıb. Onu da bilin ki, Sinqapur mərhələsi oktyabrın 2-də keçiriləcək.