İspaniya millisinin üzvü Rodri adını dünya çempionatlarının tarixinə yazdırıb.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Yaponiyaya 1:2 hesabı ilə məğlub olduqları görüşdə 215 ötürmədən 204-nü dəqiq yerinə yetirib.
Bu göstərici 1966-ci ildən bəri keçirilən mundiallarda əldə edilmiş ən yüksək nəticədi.