Kurtua 100-ə çatdı

1.12.2022 20:14 331
DÇ 2026
Dünya çempionatının 3-cü turunun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, Belçika Xorvatiya ilə qarşılaşır. Görüş "qırmızı iblislər"in qolkiperi Tibo Kurtua üçün əlamətdar olub. O, Belçika millisində 100-cü oyununu keçirir.

Kurtua yığmada 2011-ci ilin noyabrından çıxış edir. Onun meydanda olduğu matçlarda komanda 72 qələbə qazanıb, 13 heç-heçə edib və 14 dəfə uduzub.