“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

1.12.2022 14:11 474
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 15-ci turunda son çempion "Qarabağ" doğma meydanda "Zirə"nin müqavimətini qıra bilmədi.

Oyun qolsuz bərabərlikdə yekunlaşdı. Bununla da "köhlən atlar" doğma publika önündə ilk, mövsümdə isə ikinci xal itkisiylə üzləşdi.
 
"Football-plus.az" saytı olaraq Ağdam təmsilçisini büdrədən "qartallar"ın kapitanı Qismət Alıyevin matçla bağlı fikirlərini öyrəndik. Təcrübəli yarımmüdafiəçi bunları söylədi:
 
"Qarabağ”la oyun ağır oldu. Rəqibin gücü hamıya bəllidi. Komanda şəklində yaxşı çıxış etdik. İlk dövrdə böyük hesabla uduzmuşduq. Lakin bu dəfə əlimizdən gələni etdik ki, həmin nəticəni unutduraq. Qazanılan 1 xal bizim üçün vacib idi. Fikrimcə, oyunu yaxşı keçirdik. Təhlükəli hücumlarımız oldu, amma yararlana bilmədik. “Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik".


ABDULLA İSMAYILOĞLU