Bir müddət öncə karyerasını başa vuran argentinalı Serxio Aquero həmyerlisi Lionel Messinin hərəkətinə aydınlıq gətirməyə çalışıb.
Xatırladaq ki, Messinin Meksika ilə oyundan sonra paltardəyişmə otağındakı hərəkəti birmənalı qarşılanmamışdı. Argentinalılar qələbəni qeyd edərkən Leo yerdəki Meksika formasını ayağı ilə itələmişdi. Meksikalılar bunu hörmətsizlik kimi qarşılamış, bu ölkədən olan super orta çəki dərəcəsində boks üzrə dünya çempionu Kanelo Alvares isə ''Allaha yalvar ki, mənim qarşıma çıxmayasan'' yazaraq argentinalı superulduza hədə qorxu gəlmişdi.
Aquero məsələ ilə bağlı öz ''tvitter'' səhifəsində bunları yazıb: