Aquero “Disney+” və ESPN ilə əməkdaşlığa başladı

23.04.2022 19:19 536
Dünya futbolu
Argentina yığmasının sabiq oyunçusu Serxio Aquero “Disney+” və ESPN platformaları ilə əməkdaşlığa başlayıb.

33 yaşlı keçmiş hücumçu bu barədə özü açıqlama verib.

Xatırladaq ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) yaşadığı ürək probleminə görə həmin gündən sonra yaşıl meydanlarda görünməyib. O, dekabrın 15-də karyerasını başa vurduğunu bəyan etmişdi. Serxio iki şirkətlə bağladığı müqavilə ilə bağlı belə deyib: 

“Həyatımın bu yeni dövründə eyni qaydaları tətbiq edə biləcəyim yer tapmaq istədim. Futbolda olduğu kimi, bu sahədə də əlimdən gələni edəcəyəm. “Disney” üzərindən bir şirkətə qatılmaq mənim axtarışlarımla mükəmməl şəkildə uyğundu. “Disney”, ESPN, “Disney+” kimi layihələr mənim üçün çox həyəcanvericidi”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul