İTV-dən dünya çempionatının yayını ilə bağlı vacib qərar - AÇIQLAMA

27.11.2022 22:38 578
DÇ 2026
Məlum olduğu kimi, dünya çempionatı ölkəmizdə İTV vasitəsilə yayınlanır.

Azərbaycanda mundialın yayın hüququna məhz bu telekanal sahibdi. Artıq 2-ci tura da yekun vurulmaq üzrədi. 3-cü turda isə eyni vaxta başlayan görüşlər olacaq. Ona görə də bütün matçları yayınlamaq mümkün deyil.

Lakin İTV buna da çarə tapıb. Belə ki, telekanal üst-üstə düşən matçları "CBC Sport" ilə bölüşəcək. Əldə etdiyimiz məlumata görə, hələ ki 2 və 3-cü günün oyunları bəllidi.

Məsələ ilə bağlı İTV-nin idman departamentinin direktoru Kənan Hakimova müraciət etdik. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bildiyiniz kimi, qrup mərhələsinin 3-cü turunun oyunları eyni vaxtda başlayacaq. Biz də bu səbəbdən yayınlaya bilməyəcəyimiz matçları "CBC Sport"la bölüşəcəyik. Buna baxmayaraq, şərhçilərlə bağlı heç bir dəyişiklik olmayacaq”.


ŞAİR ABDULLA