• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vurğun Hüseynov azarkeşlərə söz verdi: “Komandanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı biz futbolçularıq”

Premyer-liqa / Manşet

27-11-2022, 15:0

Premyer-liqada qələbəyə həsrət qalan “Sumqayıt” ümidini ölkə kubokuna bağlasa da, “Kəpəz”ə yenilməklə mübarizədən kənarda qaldı.

İndi “kimyaçılar”ın əsas hədəfi elitada yerini qorumaqdı. Ancaq bu gedişlə “gənclik şəhəri” təmsilçisinin premyer-liqada qalacağı da çətin görünür. Sanki “Sumqayıt” lənətlənib, futbol tanrısının qəzəbinə tuş gəlib... 2020/21 mövsümündə “bürünc” qazanan, ölkə kubokunun finalına yüksələn, avrokuboklara qatılan komandanın qısa müddətdə bu vəziyyətə düşəcəyini hətta ən bədbin azarkeşi belə düşünə bilməzdi.

Ötən mövsüm boşa veriləndə klub rəsmiləri mətbuata açıqlamalarında 2022/23 “futbol ili”ni nişan verərək, hər şeyə yeni absazdan başlayacaqlarını, heyəti bir qədər də gücləndirib daha iddialı olacağaqlarını bildirirdilər. Mövsümlərarası fasilədə tarixində ilk dəfə komandaya legioner transfer etmək icazəsi veriləndə isə “Sumqayıt”ın iddiasının böyüyəcəyini düşünənlərin sayı bir qədər artdı, azarkeşlər gələcəklə bağlı xoş xəyallar qurmağa başladı. Elə media da “gənclik şəhəri” təmsilçisini cari mövsümdə avrokuboklara iddialı kimi qəbul edirdi. Ancaq necə deyərlər, sən saydığını say, gör “Sumqayıt”ın futbolçuları nə sayır... Çempionata Aleksey Baqanın rəhbərliyi altında başlayan komanda 7 turda fiaskoya uğradığından rəhbərlik quyudan çıxmaq, kollektivə qalib ruhunu qaytarmaq üçün baş məşqçi dəyişikliyinə getməyi lazım bildi. Və “sükan arxasına” Samir Abasov dəvət olundu. Düşünmək olardı ki, bir qədər yumşaq xasiyyətli belaruslu mütəxəssisdən sonra nizam-intizama ciddi diqqət ayıran, sərt xarakteri ilə seçilən Samir bəyin gəlişi az qala yarımmilyonluq şəhəri təmsil edən komandanın üzvlərini “qəflət yuxusundan ayıldacaq”, futbolçular toparlanıb məsuliyyət hissini dərk edəcəklər. Təəssüf ki, bunun heç birini görmürük. Komanda əvvəlki kimi “zirzəmidə çabalayır”. Bu yerdə sual oluna bilər: “Sumqayıt”ın problemi nədi, komanda niyə özünə gələ bilmir?

İstənilən sahədə, o cümlədən futbolda uğursuzluq yaşanırsa, heç şübhəsiz, bunu şərtləndirən səbəblər olur. Ya heyət zəif futbolçulardan formlaşır, ya maliyyə problemləri irəli getməyin qarşısını alır, ya da şəraitsizlik istənilən nəticəni qazanmağa imkan vermir. “Sumqayıt”da bunların hansı yaşanır? Əminliklə demək olar ki, heç biri. Maliyyə baxımından “gənclik şəhəri” təmsilçisi premyer-liqanın ən sabit, dayanaqlı klublarından biridi. “Kimyaçılar”ın əsas himayədarı “Azərikimya” vaxtında öhdəliyini yerinə yetirir, maaşlar verilir, başqa gözə görünməyən məsrəflər qarşılanır. Odu ki, klubda maliyyə problemini qabartmaq yersizdi. Şərait, infrastruktur? O da ölkədə ən yaxşılardan olmasa da, normal vəziyyətdədi. Komandanın məşq etmək üçün təbii örtüklü meydanı başqa, rəsmi oyunları keçirmək üçün meydanı başqa. Bu yaxınlarda komanda üçün yeni “Neoplan” avtobusunun alındığını da qeyd etmək lazımdı. Sumqayıtdan kənarda yaşayan futbolçuların məşqlərə rahat gəlib-getməsi üçün ayrıca nəqliyyat vasitəsi ayrılıb. Komanda çempionat oyunları ərəfəsində ən bahalı otellərdə qalır. Yəni bu mövzuda da də kimsə narazılıq edə bilməz. Bəlkə rəhbərlik nəyisə düz etmir? Bu günə kimi hansısa oyunçunun narazılığını eşitməmişik. Olmaya məşqçilər korpusu zəifdi, komanda istənilən kimi məşq keçmir? Bunu iddia etmək də absurd olar. Samir Abasov ölkənin ən perspektivli mütəxəssislərindən biridi. Bəs onda problem nədi?

Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün 10 ildən artıq “Sumqayıt”ın şərəfini qoruyan, komanda daxilində böyük nüfuza malik Vurğun Hüseynovla danışmaq qərarına gəldik.

- “Sumqayıt” niyə belə acınacaqlı durumdadı?
- Həqiqətən də vəziyyətimiz heç yaxşı deyil. Kapitan olaraq nə deyim? Əslində danışılacaq çox söz də yoxdu. Komandanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı biz futbolçularıq. Qarşıda 4 çempionat oyunu var. Bu matçların hər biri bizim üçün finala bərabərdi. Çalışacağıq bu görüşlərdə xal və ya xallar qazanıb durumumuzu az da olsa, yaxşılaşdıraq.

- Təbii ki, komanda son pillədədisə, məsuliyyət oyunçuların üzərindədi. Kapitan kimi uğursuzluğun nədən qaynaqlandığını səndən eşitmək istəyirik. Heyət zəifdi, bəlkə rəhbərlik nəyisə düz etmir və ya baş məşqçinin oyun fəslsəfəsi özünü doğrultmur?
- Açıq danışaq. Elə oyunlar oldu ki, onu udmaq üçün nə baş məşqçi lazım idi, nə də rəhbərlik. Öz adımız üçün qalib gəlməliydik. Təəssüf ki, bunu bacarmadıq. Kubok da daxil olmaqla 15 oyundu qələbənin nə olduğunu bilmirik. Problem mən də başda olmaqla biz futbolçulardadı. Öz aramızda çox danışırıq, oyuna yaxşı hazırlaşırıq. Sadəcə, danışdığımızın, düşündüyümüzün 50 faizini meydanda göstərə bilmirik.

- Ölkə kubokunda mübarizəni ilk mərhələdə dayandırdız. Bu gedişlə “Sumqayıt”ın elitadan düşmək ehtimalı da yüksəkdi. Komandanın toparlana biləcəyinə inanırsan?
- İnşallah, bu komanda elitanı tərk etməyəcək. Mən buna əminəm və inanıram ki, toparlanmağı bacaracağıq. Başqa yolumuz yoxdu.

- Səncə, komandada hansı mövqelərin güclənməsinə ehtiyac var?
- Hansı mövqelərə futbolçu lazım olduğunu baş məşqçimiz daha yaxşı bilir. Böyük ehtimalla qış fasiləsində komandaya yeni oyunçular dəvət olunacaq. Fikrimcə, hər mövqeyə yeni futbolçu lazımdı.

- Uğursuzluğa son qoymaq, “qara zolaq”dan çıxmaq üçün komandaya nə lazımdı?
- Sanki “qara buludlar” başımızın üstündən əskik olmur. Hər oyunda nəsə çatmır, yaxaladığımız real qol şanslarını boşa veririk. Rəqiblər isə əksinə, heç nədən qapımıza qol vurur. Bəzən bir zərbə qarşı tərəfin qalib gəlməsi üçün yetərli olur. Səbirli olub işimizi görməliyik. “Qara zolaq”dan çıxmaq üçün daha çox çalışmalıyıq. Komandanın özünə gəlməsi üçün bir qələbə lazımdı ki, psixoloji təzyiqi üstümüzdən ataq. Ardıcıl məğlubiyyələr komandada özünəinamı sarsıdır.

- Qələbəsiz seriya artıq azarkeşləri də hövsələdən çıxarıb. Son iki matçda onların 90 dəqiqənin tamamında futbolçulara sərt etirazı buna sübutdu...
- Azarkeşlərin iradları haqlıdı. 15 oyun qələbə qazana bilmiriksə, tənqidləri qəbul etməliyik. Amma onu da bilirik ki, fanatlar daim yanımızdadı. Ev, səfər demədən hər oyunda bizi dəstəkləyirlər. Buna görə sizin vasitənizlə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Söz verirəm ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-11-2022, 15:0

Vurğun Hüseynov 200-ə çatdı

Aktual / Manşet

10-03-2022, 17:0

Qələbəyə həsrət qalan “Sumqayıt”ın rəhbərliyi Baqa ilə bağlı hansı addımı atacaq? – RƏSMİ AÇIQLAMA

Premyer-liqa

23-05-2022, 09:0

"Sumqayıt" tarixində bir ilk

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə