Ronaldo rekordlardan doymur

26.11.2022 21:35 332
Dünya futbolu
Rekordların adamı Kriştiano Ronaldo bir çox göstəricidə adını tarixə yazdırmaqda davam edir.

O, DÇ-2022-də Qana ilə qarşılaşmada onu yeni rekordçuya çevirən qolu vurmaqla yanaşı həm də oyunun ən yaxşısı seçilib. Kriştiano mundiallarda ümumilikdə 7-ci dəfə matçın ən yaxşısı seçilib və bu göstəricidə Lionel Messinin geridə qoyaraq zirvəyə yüksəlib! Messi ilə yanaşı Aryen Robben də 6 dəfə ən yaxşı oyunçu adına layiq görülüb. Luis Suares isə bu mükafatı 5 dəfə qazanıb. Gəlin, Kriştianonun dünya çempionatları ilə bağlı olan digər rekordlarını bir daha xatırlayaq.

*Portuqaliya tarixinin DÇ-də qol vuran həm ən gənc, həm də ən yaşlı futbolçusu.

*Ardıcıl 10 nəhəng turnirdə (DÇ və AÇ) qol vuran ilk futbolçu.

*5 fərqli DÇ-də qol vuran və ardıcıl 5 DÇ-də qol vuran yeganə oyunçu.

*5 DÇ və 5 AÇ-də forma geyinən yeganə oyunçu.