İdmançımız qızıl medal qazandı

26.11.2022 10:30 282
İdman
Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar.

Football-plus.az xəbər verir ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.

Yarışa noyabrın 26-da yekun vurulacaq.