“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

25.11.2022 20:15 414
Yığma / Manşet
U-21-in noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı uğursuzluqla başa çatdı.

Football-plus.az xəbər verir ki, gənclər yoxlama oyunlarında macarıstanlı həmyaşıdlarına 0:3, isveçlilərə isə 1:8 hesabıyla uduzdu.

Biabırçı nəticələrlə bağlı heyətdə yer alan “Araz Naxçıvan”ın üzvü Tuqay Əlizadənin fikirlərini öyrəndik:

“Ümumi götürsək, Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdik. Yeganə məyusluğumuz böyükhesablı məğlubiyyətlərdi. Əsas məqsədimiz qarşıdan gələn seçmə mərhələyə hazırlaşmaqdı. Məhz buna görə də məşqçilərimiz daha güclü rəqiblərlə oynamağımızda maraqlıydı. Bizim üçün yaxşı təcrübə oldu. 3-4 ay sonra seçmə mərhələdə bizi güclü rəqiblərlə qarşılaşmalar gözləyir. İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək”.

ABDULLA İSMAYILOĞLU