Keyruş britaniyalı jurnalisti tənqid etdi

25.11.2022 12:45 319
Dünya futbolu
Karluş Keyruş ona İrandakı vəziyyətlə bağlı sual verən britaniyalı jurnalisti tənqid edib.

"Football-plus.az" xəbər verir ki, Asiya ölkəsində sentyabrın 16-dan başlayan etiraz aksiyalarına görə sualla üzləşən İran yığmasının çalışdırıcısı media nümayəndəsinə belə cavab verib:

“Siz Qaret Sautqeytə niyə belə sual vermirsiz? Mənim sizə bir sualım var. Başqa komandaların məşqçilərindən belə mövzuda nəsə soruşmaq nə dərəcədə ədalətlidi? Sautqeytdən İngiltərə və ABŞ-ın Əfqanıstandan çıxması haqda niyə soruşmursuz?”