• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İTV vətəndaşların istehlakçı hüquqlarının pozulmasına səbəb olub

Aktual / Manşet

24-11-2022, 13:0

Bəzi sosial şəbəkələrdə dünya çempionatının oyunları keçirilərkən Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayınının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayarkən həmin telekanalların əvəzinə İTV yayınlanmağa başlayır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti isə yayılan məlumatlara belə aydınlıq gətirib: “İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il noyabrın 20-dən Qətərdə başlayan futbol üzrə dünya çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayın hüququ yalnız “İctimai” TV-yə və “İctimai” Radioya məxsusdu. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb. Futbol üzrə dünya çempionatının oyunları keçirilən zaman TRT və “Matç” TV-nin Azərbaycanda yayınının dayandırılması, çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayın hüququnun olmaması ilə bağlıdı”.

Məsələ ilə bağlı redaksiyamıza kütləvi şikayətlər daxil olur. Müştərilər istehlakçı hüquqlarının pozulduğunu iddia edir. Bəziləri, ümumiyyətlə, ödənişlərinin geri qaytarılmalı olduğunu bildirir. Bir sözlə, Azərbaycan vətəndaşı İTV-ni və kabel televiziyalarını qınayır. Görəsən, həmin şirkətlər bu haqda nə düşünür? Onlar müştərilərinin bu yöndə zənglərinə necə cavab verir? Ümumiyyətlə, bu məsələ ilə bağlı öncədən müştərilərə xəbərdarlıq edilib? Yaşanan narahatlığa görə izləyicilərdən üzr istənilib? Məsələyə aydınlıq gətirmək üçün “Ailə TV”, CTV və “ATV+” ilə əlaqə saxladıq. Şirkət rəsmilərinə yuxarıda sadaladığımız sualları ünvanladıq. Hüquqları pozulan istehlakçıların pullarının geri qaytarılıb-qaytarılmayacağını soruşduq.

“ATV+”in texniki şöbəsinin əməkdaşı Rəşad Cavadov problemin həllinin onlardan asılı olmadığını bildirdi:

“İctimai” TV rəsmi şəkildə müraciət etdi. Bunuunla bağlı Azərbaycan Respublikasının Audiovizual Şurası bizə xəbərdarlıq etdi. Bundan sonra yayınlar kəsildi. Qısası, bu məsələ bizlik deyil. İTV yayın hüququna malikdi. Bu səbəbdən də quruma belə müraciət edib. Təbii ki, bizim səhvimiz var. Əvvəlcədən müştərilərə deməli, onları məlumatlandırmalıydıq. Buna görə müştərilərdən üzr istəyirik. Lakin bizim əlimizdən gələn nəsə yoxdu”.


“Ailə” TV-nin mətbuat katibi Sabir Məşədizadə də onların bu məsələdə günahlarının olmadığını dilə gətirdi:

“Yəqin rəsmi məlumatla tanışsız. “İctimai” TV rəsmən dövlət qurumuna müraciət edib. Onlar da belə qərar verib. Biz buna qarşı çıxa bilmirik. Əlimizdən gələni etdik ki, adı çəkilən kanalların yayınını bərpa edək. Lakin alınmadı. Hətta ilk iki gün oyunları verdik. Sonradan rəsmi müraciət oldu. Bu səbəbdən də bağlamaq məcburiyyətində qaldıq. Bütün müştərilərdən yaranan narahatlığa görə üzr istəyirik. Bir daha qeyd edim ki, günahkar biz deyilik. İTV yayın hüququna malikdi və başqa kanalların ölkə ərazisində oyunları yayınlamasını istəmir”.


CTV ilə də əlaqə saxladıq. Cavid adlı operatorun fikri belə oldu:

“Bu İTV-nin tələbidi, bizdən asılı deyil. Məsələ ilə bağlı geniş informasiyanı şirkətimizin elektron poçtuna məktub yazmaqla əldə edə bilərsiz”.


Cavid bəyin dediyi kimi etsək də, gün ərzində şirkətdən bizimlə əlaqə saxlayan olmadı. Heç rəsmi məktubumuza da cavab gəlmədi. Belə baxanda, onların fikrinə ehtiyac da yoxdu. İstənilən halda, müştərisinin hüquqlarını müdafiə edə bilməyən şirkətin nümayəndəsinin nə sözü olacaq?!

Gördüyünüz kimi, İTV-nin tələbi ilə kabel televiziyaları vətəndaşların istehlakçı hüququnu pozur. Bəs bunun qarşısını necə almaq olar? Vətəndaş pulunu ödədiyi halda, istədiyi xidmətlə təmin olunmur. Bunun hüquqi yolla həlli varmı? Ümumiyyətlə, yuxarıda adını çəkdiyimiz şirkətlərin hamısı rəsmi qaydada fəaliyyət göstərir. Onların işində hansısa qanunsuzluq yoxdu. Belədə İTV hansı əsasla şirkətlərin yayın məsələsinə qarışa bilər? Kanal DÇ-nin ölkədə yayın hüququna sahibdi. Amma vətəndaşın seçim hüququnu əlindən ala bilməz. Demokratik ölkədə belə hadisənin baş verməsi insan hüquqlarına ziddi. Bəs qanunlar bu məsələni necə tənzimləyir? Müştərilər öz hüquqlarını necə müdafiə edə bilər? Sualımıza tanınmış vəkil Mehman Muradlı belə münasibət bildirdi:

“Vətəndaşlara “oyunlara ancaq İTV-dən baxın” deyilə bilməz. Bu inhisarın başqa – qeyri-adi versiyasıdı. İstənilən halda, yolverilməz məqamdı. Bu ciddi şəkildə istehlakçıların hüquqlarının pozulmasıdı. Vətəndaş azad şəkildə ödənişini edib və ona verilən seçim şansından yararlanıb. İTV də kabel televiziyalarına məktub göndərib yayını dayandırır. Bu artıq subyektiv hüquq məsələsidi. Hər bir şəxs fərdi şəkildə məhkəməyə müraciət edə bilər. Çünki insanlar buna görə ödəniş edib, lakin onlara xidmət göstərilməyib. Bu da ciddi şəkildə istehlakçıların hüquqlarının pozulması deməkdi. Buna da İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti nəzarət edir. İnsanlar ora şikayət etməlidilər. Şirkətlərlə müqaviləsi olan 5-10 nəfər həmin quruma müraciət etsə, kifayət edər. Düşünürəm ki, bununla da məsələ həll olunar”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

DÇ 2026

28-09-2022, 21:0

Dünya çempionatının oyunları İctimai TV-də

DÇ 2026

22-08-2022, 19:0

Əcnəbilər DÇ-2022 üçün Azərbaycandan viza ala biləcəklər - SƏRƏNCAM

Aktual / Manşet

24-11-2022, 11:0

Asif Bağırov İTV-dən dəvət gözləyirmiş...

DÇ 2026

18-11-2022, 09:0

Dünya çempionatı “Misli”nin baş sponsorluğu ilə yayımlanacaq

Aktual
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Son xəbərlər
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə