Mahir Şükürov: " Bizim işimiz Allaha qalıb"

19.11.2022 21:10 446
Ölkə futbolu / Manşet
Sabah dünya çempionatı start götürür.

"Football-plus.az" saytı olaraq millimizin sabiq üzvü Mahir Şükürovun turnirdə kimin daha şanslı olmasıyla bağlı fikrini öyrəndik:

"Fərqli və maraqlı dünya çempionatı izləyəcəyik. Argentina, Braziliya, Fransa, Portuqaliya, Almaniyanı turnirin favoriti hesab edirəm. Bu komandaların 1/4 finala qədər irəliləyəcəyini düşünürəm. Təbii ki, sürprizlər də ola bilər. Finalda Portuqaliya - Argentina matçını izləmək istəyərdim"


Veteran futbolçu millinin DÇ-də iştirak perspektivinə də aydınlıq gətirdi:

"Bizim işimiz Allaha qalıb. Hazırkı səviyyəmizlə dünya çempionatında iştirakı ancaq xəyal edə bilərik".


ABDULLA İSMAYILOĞLU