Novruz Əzimov DÇ-2022-də favoritini açıqladı

17.11.2022 15:57 451
Aktual / Manşet
Bazar günü Qətərdə dünya çempionatı start götürəcək. Ölkəmizdə də bu yarışa maraq böyükdü.

Football-plus.az xəbər verir ki, mundialda hansı komandaların daha şanslı olduğunu Novruz Əzimovdan soruşduq. Təcrübəli mütəxəssisin “Football-plus.az” saytına açıqlamasına keçid alaq:

"Fərqli dünya çempionatı izləyəcəyik. Belə turnirlərdə zəif rəqib olmur, hər bir komanda yaxşı performans sərgiləyə bilər. Avropadan Belçikanı daha hazırlıqlı sayıram, inkişafda olan millidi. Amma rəqabətin Braziliya və Argentina yığmaları arasında gedəcəyini düşünürəm. Hər iki kollektiv olduqca güclü heyətə malikdi. Lakin "sambaçılar"ı daha şanslı sayıram. Əksər futbolçuları Avropanın top-liqalarında çıxış edir. Hər biri Avropa futboluna yaxından bələddi, rəqib komanların heyətindəki futbolçuların çoxunu tanıyır. İqlim şəraitinin də Braziliya millisinin tərəfində olduğunu düşünürəm. Bizi qarşıda maraqlı oyunlar gözləyir".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul