Təcrübəli müdafiəçi bu üzdən millinin heyətindən də kənarlaşdırıldı. Görəsən, onun durumuna aydınlıq gəlib? Bədavi komandanın məşqlərinə nə vaxt qoşulacaq? Suallarımızı klubun mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq. Onun "Football-plus az" saytına açıqlamasına keçid alaq:
"Bədavi həkim müayinəsindən keçdi. Zədəsi ciddi deyil. Bir həftəyə komandaya qoşulacaq. Artıq 5 gün geridə qalıb. Komanda sabah toplaşır. 3-4 gün sonra Bədavi də komanda ilə məşqlərə başlayacaq. Sadəcə, ağrıları var idi deyə, bir müddət məşqlərdən kənarda qaldı".
ŞAİR ABDULLA



