Yığmanın Millətlər Liqasındakı oyunları ilə bağlı Misli premyer-liqasında fasilə yaranmışdı.
Football-plus.az xəbər verir ki, dünən start götürən 8-ci turun əsas oyunu, heç şübhəsiz, "Qarabağ"la "Neftçi" arasında baş tutacaq. Bunu nəzərə alıb hər iki komandanın sabiq futbolçularına tribuna verdik. Azərbacan derbisində kimi favorit saydığını “Qəbələ”nin 19 yaşadək futbolçuların ibarət komandasının baş məşqçisi Emin İmaməliyevdən soruşduq:
"Qarabağ"la "Neftçi" arasında daim gərgin, mübarizəli, maraqlı oyunlar izləmişik. Hər ikisi ölkənin titullu komandasıdı. Bu dəfə də bizi çox həyəcanlı matç gözləyir. Ümumiyyətlə, futbolda əvvəlcədən oyunun taleyi haqda qəti fikir bildirmək çətindi. Buna rəğmən, "Qarabağ"ı daha şanslı sayıram. Ağdam təmsilçisi Avropa səviyyəsində komandadı, istər Çempionlar Liqasında, istərsə də Avropa Liqasının qrupundakı oyunları buna bariz nümunədi. Odu ki, "köhlən atlar"ı daha şanslı sayıram. Hər iki klubumuza uğurlar arzulayıram".