Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

29.09.2022 23:20 496
I liqa / Manşet
Dünən 1-ci divizionda 5-ci tura start verilib.

Maraqlı oyunlardan biri MOİK-lə "Kəpəz-2" arasında baş tutub. Meydan sahibləri gəncəliləri 2:1 hesabı ilə məğlub edib. Mövsümə uğursuz başlayan qonaqların hesabında cəmi 1 xal var.

Bununla bağlı baş məşqçi Xaliq Mərdanovun fikrini öyrəndik. Təcrübəli mütəxəssisin “Football-plus.az” saytına açıqlamasına keçid alaq:

"Əslində, arxada qoyduğumuz 5 oyunun hamısında üstün tərəf olmuşuq və çoxlu qol imkanı yaratmışıq. Sadəcə, son nöqtəni qoya bilmirik. Bunun da 2 səbəbi var: bəxtsizlik və heyətdəki futbolçuların gənc və təcrübəsiz olması. Amma inamımız böyükdü. İnşallah, növbəti görüşlərdə daha yaxşı çıxış edəcək və qələbə qazanmağa çalışacağıq".

ABDULLA İSMAYILOĞLU