Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

14.08.2022 16:20 322
Dünya futbolu
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı haqda fikirlərini bölüşüb.

Football-plus.az xəbər verir ki, mütəxəssis öz favoritlərini açıqlayıb. O, Braziliya və Fransanı daha şanslı sayır:
“Ən güclü komandalar Braziliya və Fransadı. Onların ardınca Argentina gəlir. Skaloninin komandası yenidən zirvədədi. Bundan əlavə, onların Messisi var və komandada yenilənmə prosesinə start verilib”.