Millimizin rəqibləri bəlli oldu

16.11.2022 21:10 306
İdman
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Football-plus.az xəbər verir ki, 24 yığma hərəsində 6 komanda olmaqla 4 qrupa bölünüb. Millimiz C qrupunda mübarizə aparacaq.

Yığmamızın qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç, Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdı.