"Football-plus.az" xəbər verir ki, Ronaldonun sevgilisi Georgina Rodriguez əkiz uşaq dünyaya gətirməli idi. Ancaq onlara uşaqlardan birinə qovuşsalar da, digərini itirdilər. Hadisədən sonra isə Ronaldo açıqlamalarında belə deyib:
“Atam öləndən sonra bu, bəlkə də həyatımın ən pis anıdı. Çətindi, mən canlı insanam və Georgina ilə mənim üçün çətin dövr idi. Bunun niyə başımıza gəldiyini başa düşmədik. Bəlkə də o dövr həyatımın ən çətin dövrü idi. Mənim üçün və ailəm üçün, xüsusən də Georgina üçün. Bunu izah etmək çətindir, bilmirsən ağlayasan, yoxsa sevinəsən".

