• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt”ın problemi bəllidi, “Sumqayıt-2”yə nə olub? - MÜSAHİBƏ

Manşet / Müsahibə

15-11-2022, 14:0

Deyəsən, 2022-ci il Sumqayıt futbolu adına qara hərflərlə yazılacaq.

“Kimyaçılar”ın əsas komandasının turnir cədvəlinini sonuncu pilləsində qərarlaşması azmış kimi, əvəzedici heyət də tunir cədvəlinin “quyruğ”undadı. Samir Abasovun çalışdırdığı kollektivin problemləri barədə az-çox məlumatlıyıq. Bəs “Sumqayıt-2”yə nə olub? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün əvəzedici heyətin baş məşqçisi Vüqar Quliyevlə söhbətləşdik. 44 yaşlı mütəxəssis “Football-plus.az” saytına müsahibəsində səbələri açıqladı.

- Baş məşqçisi olduğunuz komanda birinci divizionda 15 kollektiv arasında 14-cüdü. Uğursuz çıxışın səbəbini bilmək istərdik.
- Biz bu il əvəzedici heyətdə daha çox akademiyamızın yetirmələrinə üstünlük vermişik. Kollektivdə əsasən 2005, 2006, 2007-ci il təvəllüdlü yeniyetmələr yer alıb. İlk gündən klub rəhbərliyi qarşımıza nəticə qazanmağı yox, əsas komandaya futbolçu yetirşdirməyi məqsəd qoydu. Bizim üçün prioritet perspektivli yeniyetmə və gəncləri bir qədər də “bişirib” elitaya yollamaqdı. Bu yoldan da çəkilmək fikrimiz yoxdu. Akademiyanın yetirmələrinə güvənirik. Gənc kollektiv olmağımıza baxmayaraq, uduzduğumuz matçlarda oyun planında rəqiblərdən heç də geri qalmamışıq. Sadəcə, təcrübəsizlik sözünü deyib. Fikrimcə, turdan-tura bu çatışmazlıq da aradan qalxacaq. Futbolçularım hər qarşılaşmada böyük əzmkarlıq nümayiş etdirir ki, buna görə onlara təşəkkür edirəm. Turnir cədvəlini nəzərə almasaq, düz yolda olduğumu düşünürəm. Gələcəkdə bu yeniyetmələrin arasından əsas komandaya yüksələnlərin olacağına əminəm. Rəqiblərin heyətində yaşlı, divizion və elita təcrübəsi olan futbolçuları görmək mümkündü. Onu da başa düşürük ki, bu yeniyetmələrin yanında 3-4 təcrübəli oyunçu olsa, daha yaxşı olar.

- Sözlərinizdən belə başa düşmək olar ki, “Sumqayıt-2”nin autsayderlər sırasında olmasının əsas səbəbi futbolçuların təcrübəsiz olmasıdı...
- Bəli, tam doğrudu.

- Sizcə, gələcəkdə heyətə daha yaşlı oyunçular dəvət etsəz, komandanın turnir cədvəlində vəziyyəti düzələr?
- Məşqçilər korpusu olaraq hər oyundan sonra təhlillər aparırıq. Bu uşaqların psixoloji cəhətdən “sınmaması” üçün ikinci dövrədə 2-3 təcrübəli oyunçunu “rənglərimizə bağlamaq” fikrimiz var.

- Adətən əsas komandada cəzalı və ya oyun təcrübəsindən əziyyət çəkənləri əvəzedici heyətə göndərirlər ki, onların da köməyindən istifadə etmək mümkündü...
- Ara-sıra bizdə də olur. Ancaq daim yox. Özünüz də bilirsiz ki, “Sumqayıt”ın əsas komandası da “qara zolağ”a düşüb. Samir Abasovun sərəncamında o qədər də çox futbolçu yoxdu ki, kömək üçün bizə də göndərsin. Bu üzdən divizionun oyunlarında, qeyd etdiyim kimi, öz uşaqlarımıza güvənirik. Çox istərdim ki, əsas komandamız tezliklə öz oyununu tapsın, yüksəlişə keçsin. Bu həm də əvəzedici komandaya təsir göstərəcək.

- Rəhbərlik tərəfindən əvəzedici komandaya istənilən diqqət ayrılır? Adətən, əksər klublarda əvəzediciləri “ögey övlad” gözündə görürlər.
- Əvəzedici komandaya nəsə lazım olubsa və buna görə rəhbərliyə müraciət etmişəmsə, çatışmazlıq həmin gün həllini tapıb. Yəni, rəsmilər əsas komanda kimi, “Sumqayıt-2”yə də yetərincə diqqət ayırır. Çalışacağıq onların etimadını doğruldaq.

- Sizdən üst pillələrdə olan komandalarla xal fərqiniz çox olmasa da, hər halda, sondan ikinci yerdəsiz. Necə düşünürsüz, bu kollektivlə nəyəsə nail ola bilərsiz? Gələcək adına perspektiv görünür?
- Əsas məqsədimiz qış fasiləsinə kimi maksimum çalışıb rəqiblərin bizdən çox uzaqlaşmasına imkan verməməkdi. Yenə deyirəm, oyundan-oyuna komanda inkişaf edir ki, bunu görürük. Düşərgədə yüksək ab-hava hökm sürür. Onu da bildirim ki, mövsümlərarası fasilədə heyət, demək olar, yenidən yığılıb. Ötən il kollektivdə yer alanların çoxu başqa klublara üz tutdu. Heç şübhəsiz ki, yeni yığılan komandadan, özü də təcrübəsiz akademiya uşaqlarından çox şey gözləmək ağılsızlıq olardı. Ancaq məşqçilər korpusunun gərgin əməyi, uşaqların əzmkarlığı və istəyi sayəsində irəli gedəcəyimizə inanıram. Ötən illərdə daha çox müdafiə futboluna üstünlük verilmişdisə, cari mövsümdə “Sumqayıt-2” hücum futbolu sərgiləyir. İstər qalib gəldiyimiz, istərsə də uduzduğumuz matçlarda meydanda dominant tərəf olmağa çalışırıq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

1-ci liqa

24-07-2022, 18:0

“Qarşımıza çempionluq və ya mükafatçılar arasına düşmək məqsədi qoyulmayıb”

Premyer-liqa / Manşet

2-07-2022, 16:0

“Sabah” rəhbərliyi əvəzedicilərin fəaliyyətini dayandırdı

1-ci liqa

27-07-2022, 12:0

"Sumqayıt-2" üçün 4 rəqib

1-ci liqa / Manşet

4-08-2022, 09:0

"Şamaxı"nın əvəzedici komandasının baş məşqçisi bəlli oldu

Manşet / Müsahibə

10-07-2022, 22:0

Murad Musayev Vaqner Lavın transferinə toxunub, əvəzedicilərin ləğvinə münasibət bildirdi

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Bu gün, 23:45
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Bu gün, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Bu gün, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Bu gün, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Bu gün, 21:39
    Bolonyada qərar tutdu
  • Bu gün, 21:28
    İstefası qaçılmaz oldu
  • Bu gün, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Bu gün, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 686
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 237
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə