Mudrik daha bir İngiltərə klubunun hədəfində

14.11.2022 20:16 353
Dünya futbolu
“Mançester Yunayted” heyətini gücləndirməyi planlaşdırır.

Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" “Şaxtyor”un yarımmüdafiəçisi Mixaylo Mudriki rənglərinə bağlamaq istəyir. Klub onun transferi uğrunda “Arsenal”la yarışacaq.

Bu mövsüm Mudrik "Şaxtyor"un heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.