"Football-plus.az" xəbər verir ki, klubun texniki direktoru Paolo Maldini son dəqiqələrdə rəqib oyunçu Nikola Milenkoviçin topu öz qapısına yönəltməsi ilə qazanılan 2:1 hesablı qələbəni belə şərh edib:
“İnanılmaz qələbə qazandıq. Qələbəni çox istəyirdik. Turnir cədvəli real mənzərəni əks etdirir. Fərq ondadı ki, “Napoli” inanılmaz nəticələrə nail olur. Bu oyunda heç-heçə bizim üçün yarıbayarı məğlubiyyət demək olardı. Futbolda xarakterin gücü çox şeyə qadirdi”.